“Toppuş bacı”nın ən vacib arzusu reallaşdı: “Əri qızını...”  

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal onun sağlığında həyata keçirə bilmədiyi arzusunu reallaşdırıb.
“Sherg.az” xəbər verir ki, bu barədə o, aktrisanın İnstaqram səhifəsində məlumat paylaşıb.
Röyal bildirib ki, qızı Zəhra ilə birgə Həccə yollanıblar:

“Biz söz vermişdik ki, üçümüz Həccə gedək. Amma qismət olmadı. Biz qəlbimizdə səninlə getdik, daim əlindən tuturmuşsan kimi təvaf etdik. Qızımız gənc yaşında həci xanım oldu. Səni hər zaman sevdim, sevəcəm. 
Mənim nur üzlü həyat yoldaşım. Bizi o gözəl torpaqlara göndərən hər kəsə minnətdarıq”.