Bu film dövlətçilik tariximizin nəhəng bir hissəsini əhatə edir
Şeyx Əbdül Mahmudbəyov: "Bu gün hətta bizə qənim kəsilən tarixçilər, Şah İsmayılın anadilli dövlətimiz kimi bərpa etdiyi Azərbaycan Səfəvilər dövlətini tanıyırlar"
"Heydər Əliyev mənə dönə-dönə tapşırdı ki, filmdə nə çəkəcəksənsə, dəqiq tarixi faktlara əsaslanmalıdır"
“Mərhum Heydər Əliyev mənə dönə-dönə tapşırdı ki, bu, bizim dövlətçilik tariximizdi. Filmdə nə çəkəcəksənsə, dəqiq tarixi faktlara əsaslanmalıdır. Bizə başqa nəsə lazım deyil. Tarixə əsaslanmayan nəsə çəkib özümüzü çətin vəziyyətə salmayaq. Özümüzün nəyimiz varsa, artıqlaması ilə bəsimizdi”.
Kinorejissor Şeyx Əbdül Mahmudbəyov Şah İsmayıl Xətai haqqında çəkəcəyi film barədə söhbətinə bu sözlərlə başladı. “Şərq”in qonağı olan Şeyx, çəkəcəyi filmin senarisini də özüylə gətirmişdi. “Dəmir ağacdan asılan beşik” – dövlətçilik tariximizin nəhəng bir hissəsini əhatə edir. Eyni zamanda bəşər tarixini də əhatə edir, desək, yanılmarıq. Şeyx Əbdül Mahmudbəyov bəşər tarixinə Şah İsmayıl Xətainin üzərindən gedişlər edib. Senari də bizə çox maraqlı göründü:
- Xətai 14 yaşında 700 nəfərlə məclis qurur və deyir: "Qoy bütün dünya bilsin ki, biz yeni dövlət qurmuruq, biz qədim dövlətçiliyimizi bərpa edirik. Xətai 1501-ci ildə Təbrizdə Azərbaycan dövlətçiliyini bərpa edəndə orada Rusiya dövləti və Osmanlı dövlətinin təmsilçiləri olub. Osmanlı dövləti həm sultanlıq, həm də Trabzon Krallığı ilə təmsil olunubmuş, Xətai o məclisdə bunu da deyir ki, əvvəlcə içimizdə təmizliyə nail olmalıyıq. Buna nail olmasaq, dövlətimizi qoruyub saxlaya bilmərik. Dünyanın ilk yaranışından, yaranmışların yox, ulu Yaradanın yanında olan, zaman-zaman dünya sivilizasiyalarının hərtərəfli inkişaf etməsində xüsusi xidmətlər göstərən ən qədim xalq bizik. 26 türk soyunun bir qolu olan şükranlı Azərbaycan xalqı. Tarixən “Aqatta”, “Bilqamıs” “Orxon-Yenisey”, “İrfan”, Zərdüşt, “Əxlaqi-Nasiri” kimi möhtəşəm mədəniyyət abidələri yaradan qüdrətli zəka sahiblərimiz, müqəddəs söz bahadırlarımız, dahi filosoflarımız olub. Mən bu sualı qoyuram “Azərbaycan milli kimliyi hansı dəlillərə söykənir? Və cavab verirəm: Zərdüşt “Qata”da yazır ki, göydən 3 od endirildi. Haradır o 3 yer – Abşeron yarımadası, Yanardağ, Atəşgah. Milyon illərdir bu ərazilərdə od yanır. Pirallahı isə, Pur-Allahdı. 3 tərəfi su olan yerdir. Bəşəriyyətin xilas olduğu yer də Azərbaycan torpaqlarıdır. Nuh peyğəmbərin 3 oğlu olub: Yasəf, Həmid, Səmid. Yasəfin oğlunun adı Türkdür. Azərbaycan sözü isə əslində Azərbeycandı. Bizim ölkənin adını türkiyəlilər daha düzgün tələffüz edir. Azər od deməkdi, bey – beyət edənlər, can – yaşayan xalq.
Torpaq vardı, su, hava vardı, odu da Allah endirdi. Dünyanın yaradılışında iştirak edən 4 ünsürün 4-ü də bizdədir. Azərbaycan sözü ilə bağlı ulu öndərimiz çox gözəl gediş elədi. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deməklə yurdumuzu bizə tanıtdı, Türkiyəni nəzərdə tutaraq “Biz bir millət iki dövlətik” deməklə isə milli kimliyimizi təsdiq etdi. Mən bu gün tariximizə daş atan bəzi şəxslərə şans verirəm. Bu gün hətta bizə qənim kəsilən tarixçilər, Şah İsmayılın anadilli dövlətimiz kimi bərpa etdiyi Azərbaycan Səfəvilər dövlətini tanıyırlar. Bu ana dilli dövlətin rəsmi təsdiq olunmuş və etiraf edilən 2 milyon 800 min kv.metrlik xəritəsi var. Mən bu xəritəni Şah İsmayıl Xətai ilə bağlı çəkiləcək filmdə də xatırladıram. Gördüyünüz bu kitabda da o xəritə verilib (filmin senarisi yazılmış kitabı göstərir – red.). Bunu mən ulu öndərimizə də göstərmişdim. Azərbaycan Səfəvilər dövləti 230 il ömür sürüb. 150 il sonra Azərbaycan Qacarlar dövlətinin zamanında bu ərazi artıq 1 milyon 700 kv.km., ondan 60-70 il sonra Nadir şahın vaxtında 1 milyon idi. Bu gün haqlı olaraq bəyənmədiyimiz sovetlər dönəmində ərazimiz 116. kv.km. idi. Bəs indi? Cəmi 86.min.kv.metrdi. Və onun da içində qara çevrəyə alınmış Qarabağ durur.
Bu qara çevrə nədi? Niyə silib atmırsız? Nədi, dilinizdən düşmür, “Ermənistan”, “erməni xalqı”. “Ermənistan” varmı, “erməni xalqı” varmı? Belə adların olmaması ilə bağlı faktları açmazdan öncə niyə sizə şans verdik? Mən Prezident Aparatında olmuşam, Turizm Nazirliyində, Coğrafiya İnstitutunda olmuşam. Məqsəd nədi? Məqsəd dünya ictimaiyyətinə bələd olan faktları izah edib başa salmaqdır. Dünya bilməlidir ki, 500 il ərzində biz nələri itirə-itirə hara gəlib çıxmışıq. Biz dünya sivilizasiyasını formalaşdıran, dünyaya böyük mədəniyyətlər verən xalq olaraq daim amansızcasına işğala məruz qalmışıq. Xəritələrimiz yenidən işlənməli, bir neçə dilə tərcümə edilməli, xalq və dövlətçiliklə bağlı bütün nazirlik və idarələrdə təbliğ olunmasına yardım edin. Bununla, günahınızı yuyarsınız.
- Nəzərdə tutduğunuz adamlar məgər bu dediklərinizi bilmir?
- Bəlkə bilirlər. Amma səhv yanaşma sərgiləyirlər. Şah İsmayıl Osmanlı sultanı Səlimə bütün məktublarını ana dilində - türk dilində yazıb. Həm də onun farsca yazdığı məktublara cavab olaraq. “18 min aləm” sözü yalnız bizim dilimizdədi. Böyük Xətai də bu möhtəşəm yaradılışın bir mərhələsidi. 18 min aləm üç 6-lıq deməkdir. 6 min kainat, 6 min təbabət, 6 min heyvanat. Xətai yazır ki, “18 min aləmə mən gərdişi ilə gəldim, ol səbəbdəndir həqq ilə sirdarım idim, sərdar idim”. Bu haqda düşünməyimiz məsləhətdi. Bu, hər iki dünyanın irfani yaradılışı ilə bağlıdır. Bütün xalqlardan öncə bizim babaların bu olahi sirri bilməsi, İlahinin bizə verdiyi lütf deyilmi?! Xətai təxəllüsü ilə də bağlı mənasız açıqlamalar verirlər. Xətai Allaha bağlı deməkdir. Bizim klassiklərimizin – Xəqan- i, Nizam- i, Füzul – i... adlarındakı “i” hərfi Allaha bağlanmağı bildirir.
-Məlumdur ki, dünya mədəniyyətinin beşiyi Şərqdir. Amma elə bir vəziyyət yaranıb ki, guya, bütün bəşəriyyətə mədəniyyəti Avropa yayır...
-Baxın, dünyanın ilk yazılı ədəbiyyatı təbliğ edildiyi kimi Homerin “İliada”, “Odisseya”sı deyil. Ondan 4 min əvvəl mövcud olmuş bizim xalqa məxsus “Aqatta”, “Bilqamıs”, “Şumernamə”, “Orxon-Yenisey” abidələridir. 2-ci fakt: bu gün dünyada analoqu olmayan poeziyamızın şah əsəri hesab edilən rübailər janrı da, təbliğ edildiyi kimi Ömər Xəyyama deyil, bizim dost-doğma babamız Qətran Təbriziyə məxsusdur. Bu gün əlimizdə konkret 40-a yaxın rübai var, Ömər Xəyyam dünyaya gəlməmişdən əvvəl Qətran Təbrizi tərəfindən yazılıb. Dünyanı heyrətə gətirən poeziyamıza, muğamlarımıza baxsaq, xalqımızın nələr yaratdığının bir daha şahidi olarıq. Allahın ilk yaratdığı insan Adəm peyğəmbərdir də. Adəm peyğəmbərdən bəşəriyyətə 3 səs qaldı: pıçıltı – pəs, öz-özünə danışmaq - yalvarmaq və minacat – uca səslə dua etmək. Bizim zəminxarə muğamımıza baxın, eynilə bu 3 səsdən ibarətdi. Dünyanın 3-cü sivilizasiyası 2 mənbə - 2 ideya üzərində qurulmuşdu. Biri qışlaq, o birisi yaylaq sivilizasiyadı. Oturaq mədəniyyətlə bağlı nə varsa, mövcud olan hər şey, o cümlədən, oyunlar, köç adət-ənənələri, mətbəx mədəniyyəti, döyüş taktikası... hər şey bu iki sivilizisiyaya məxsusdur. Bütün dünya bunun üzərində yaşayır. Bu gün də tarixi bilinməyən “Gavur arxı” deyilən kanalı Böyük İsgəndər Dara ilə savaşdan əvvəl təmir elətdirib.
-Yaddaş üçün deyim biləsiz ki, müasir Azərbaycan dövləti tariximizin müxtəlif dövrlərində mövcud olmuş dövlətlərimizin sayca 17-sidir. Yeri gəlmişkən onu da deyim ki, Azərbaycan tarixində “Ağqoyunlu” “Qaraqoyunlu” dövlətləri olmayıb – Ağ qövm, Qara qövm olub. Bu dövlətlərin adı da təhrif edilir. 20 yanvar mübarizəmiz isə 20-ci əsrdə 4-cü və sonuncu azadlıq mübarizəmiz idi. Şükürlər olsun ki, biz növbəti dəfə azadlığımıza nail olduq. Bir əsrdə müstəqilliyi üçün 4 dəfə qan axıdan 2-ci millət tarixdə olmayıb. Səttarxan-Bağırxan Hərəkatı, Azərbaycan Xalq Cümhuriyyəti, 21 Azər və sonuncu 20 Yanvar.
-Senariyə baxdıq, burda, sanki dünyanın yaradılış tarixi yazılıb. Erməni tarixçilərinin özlərini ifşa edən tarixi faktlarına da yer vermisiniz.
-Bunu ona görə etmişəm ki, bütün dünya bu gün özünü “erməni” xalqı kimi təqdim edən “hay” tayfasının zinadan əmələ gələn olduğunu bilsin. “Hay” sözünün mənası bic doğulmuş, zinadan əmələ gəlmiş deməkdir. Məhz əsli-kökü bəlli olmayan bu xəyanətkar, satqın toplum dünya ölkələrinin əlində həmişə bir alət kimi istafadə olunub. Qriboyedov, bilirsiz ki, Çar Rusiyasının İranda səfiri idi. Ermənilərin Qafqaza köçürülməsinə Qriboyedov rəhbərlik edib. İlk dəfə Qafqaza 7 min erməni ailəsi köçürülüb. Və ermənilər haqqında da “ermənilər Qafqaz xalqlarının kürəyinə sancılmış xəyanət xəncəridir” deyirlər. Qriboyedov çara məktubunda I Pyotrun bu tayfa haqqında sözünü xatırladır: onlar xristian xalqları arasında satqınlıq üçün ən uyğun tayfadır. Ermənilərin tarixçi alimi, akademik Manik Abeqyan yazır: (“İstoriya armyanskoy literaturı”, İrəvan, 1971-ci il) “ermənilərin kökləri haradadır, bu gün məskunlaşdıqları ərazilərə necə, nə vaxt, haralardan və hansı yollarla gəlib? Bizdə bu suallara cavab verəcək tam aydın dəlil-sübutlar, konkret faktlar yoxdur”. Bunu mən, sən demirik, erməni alim özü deyir. Rus tarixçi alimi və yazıçı V.Veliçko: “Erməni adlanan “hay” tayfasının mənşəyi bir etnos kimi heç kəsə bəlli deyil”. “Qafqaz” əsəri. Sankt-Peterburq. 1904-cü il. Belə faktlardan saysız-hesabsız nümunələr gətirə bilərik.
-Şeyx, filmin çəkilişləri ilə bağlı indi məsələ nə yerdədir?
-Filmin çəkilməsi yenidən gündəmdədi. Rəsmi təqdimat hazırlanır cənab Prezidentə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya. Sağ olsun, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə xanım da bu işlə məşğul olaçağına söz verib. Bununla demək istəyirəm ki, yerindən hər duran Xətaiyə hücum edə bilməz. Filmin çəkilməsi artıq dövlət səviyyəsində həll olunmaq üzrədir.