Mumiyanın əla qorunub saxlanması görənləri heyrətə salır
Misir fironu Amonhutepin mumiyalanmış cəsədi ilk dəfədir ki, sərgilənir. 3 min 500 il keçsə də mumiyanın əla qorunub saxlanması görənləri heyrətə salır. Amonhutepin mumiyalanmış cəsədi Misirin Luksor şəhəri yaxınlığındakı bir məzarlıqda kəşf edilib. XİX və XX əsrlərdə aşkarlanan Misir krallarının mumiyaları açılıb tədqiqat obyekti olmalarına baxmayaraq Amonputepin mumiyası açılmayıb.
Daha doğrusu, onu açmaqdan çəkiniblər. Çünki mumiya o qədər mükəmməl sarınıbmış ki, tədqiqatçıların sarğını pozmağa əlləri gəlməyib. Amonhutepin mumiyası kompüter tomoqrafiyası ilə, rəqəmsal olaraq tədqiq edilib. Rəqəmsal texnologiya sayəsində Misir kralının yaşı və 3 min 500 il əvvəlki siması, bədən quruluşu haqqında məlumat və görüntü əldə etmək mümkün olub. Tədqiqatlar Misir kralının dəfni ilə bağlı da heyrətamiz məlumatlar üzə çıxarıb.
Qahirə Universitetinin Qəsr-Əl Ainy Tibb fakültəsinin radioloqu Səhər Salam “kompüterlə tədqiqat Amonhutepin üzünü ilk dəfə ortaya çıxardı. Misir kralının boyu 1.67 metr olub. Üzü ovalşəkilli, çənəsi və burnu dar, çıxıntılı dişləri, sırğa üçün dəlik olan sol qulağı var. Mumiyada muncuqlarla bəzədilmiş qızıl kəmər var. Kətan sarğıların altında 30 muska (dua) görünür”, deyib.
Amonhutepin cəsədi 400 il sonra rahiblər tərəfindən yenidən mumiyalanaraq təkrar dəfn edilib. Buna səbəb məzar soyğunçularının qarşısını almaq olub.