
Millət vəkili: "Paşinyan stabil mövqeyi olmayan, səhər dediyini axşam inkar edən siyasətçilərdəndir"
13:13 09.04.2025
Siyasət
524
"Boş danışıqlardansa, konkret əmələ keçmək, sülh müqaviləsini əngəlləyən maneləri aradan qaldırmaq lazımdır"
"Bütün təxribatlara görə, məsuliyyət Ermənistan siyasi hakimiyyətinin üzərinə düşür"
"Nikol Paşinyan hökumətinin hər addımda sülh müqaviləsindən danışması, ilk növbədə beynəlxalq ictimaiyyətdə erməni xalqının "sülhpərvər" imicini formalaşdırmaq, Azərbaycanı isə "sülhə mane olan tərəf" kimi tanıtmaq məqsədi daşıyır".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat vurğulayıb ki, Nikol Paşinyan stabil mövqeyi olmayan, səhər dediyini axşam inkar edən siyasətçilərdəndir:

"Boş danışıqlardansa, konkret əmələ keçmək, sülh müqaviləsini əngəlləyən maneləri aradan qaldırmaq lazımdır. Konstitusiyadan Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan maddələr çıxarılmalı, ATƏT-in Minsk qrupu buraxılmalı, üçüncü dövlətlərə məxsus hərbiləşdirilmiş qüvvələr sərhəddən çəkilməlidir. Eyni zamanda, Ermənistan ordusunda potensial təxribatçılar aşkar edilərək kənarlaşdırılmalıdır. Əks halda, təxribatların davam etməyəcəyinə heç kim qarant dura bilməz".
Parlament üzvü son günlərdə şərti sərhədlərdə baş verən təxribatlara da münasibət bildirib:
"Son zamanlar şərti sərhəddə mövqelərimizin atəşə tutulmasının intensiv xarakter alması bölgədə gərginliyin artırılması məqsədi daşıyır. Burada iki variant ola bilər. Birinci variant odur ki, Azərbaycana təzyiq vasitəsi kimi Ermənistan rəhbərliyinin birbaşa tapşırığına əsasən atəşkəs pozulur. İkinci variant isə təxribatların erməni ordusunda Paşinyan hakimiyyətini qəbul etməyən, keçmiş "Qarabağ klanı"na bağlı qüvvələr tərəfindən törədilməsidir. İstənilən halda bu, əvvəcədən planlaşdırılmış təxribatdır və məsuliyyət Ermənistan siyasi hakimiyyətinin üzərinə düşür".
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya