Kilsəylə siyasi elita arasında uçurum: Paşinyanla II Qaregin arasında heç vaxt buzlar əriməyib
11:42 22.04.2025
Dünya
527
Erməni Apostol Kilsəsinin ali ruhaniləri katolikos II Qareginin səhhətinin ciddi şəkildə pisləşməsi ilə bağlı yayılan xəbərlərdən narahatdırlar.
Bu barədə “Yerevanskiy nablyudatel” Teleqram kanalı yazıb.
Məlumata görə, son vaxtlar həkimlər demək olar ki, daim onun yanında olublar.
Məlumatda qeyd olunub ki, Ermənistanın hazırkı dünyəvi və dini hakimiyyətləri arasında düşmən münasibətləri nəzərə alsaq, çoxları Baş nazir Nikol Paşinyanın kilsəyə “basqın” etmək fürsətini əldən verməyəcəyinə inanır.
Politoloq Sultan Zahidov “Sherg.az”a bildirib ki, Aprelin 20-də üst Eçmiadzində baş tutan Pasxa tədbirində II Qaregin həkimlərlə birlikdə iştirak etmişdi:
“Qeyd etmək lazımdır ki, həmin tədbirdə Nikol Paşinyanla birlikdə siyasi elitadan heç kim təmsil olunmadı. Bu isə bir daha Ermənistanda kilsəylə siyasi sistem arasında dərinləşən uçurumun olduğunun bariz nümünəsidir. Həmin uçurumun əsas səbəblərindən biri də iki insitut arasında Ermənistanın gələcəyiylə bağlı fərqli mövqeylərin olmasıdır. II Qaregin əvvəldən Paşinyanın daxili və xarici siyasətini tənqid etmişdi. Paşinyanın Ermənistanı iflasa aparacaq şəxslərdən biri olduğunu söyləmişdi. Ona görə də Paşinyanla II Qaregin arasında heç vaxt buzlar əriməyib. Ötən il Erməni Apostol Kilsəsinin dəstəklədiyi Baqrat Qalstanyanın Paşinyana qarşı hərəkata başlaması iki tərəf arasında əlaqələri böhran vəziyyətinə saldı. Ermənistan bütün işlərdə Erməni Apostol Kilsəsini günahlandırdı. Paşinyan çox gözəl bilir ki, erməni cəmiyyətində Erməni Apostol Kilsəsinin təsiri böyükdür. Sözügedən kilsə Ermənistanda ictimai rəyin formalaşmasına səbəb olur. Ona görə də II Qaregin vəfat edərsə, Paşinyan rəhbərliyə ona daha loyal olan şəxsi gətirəcək. Bununla bağlı müəyyən addımların başladığı istisna deyil. Çünki Paşinyanın kilsə üzərində başqa cür təsir imkanı yaratmaq gücü yoxdur. Erməni Apostol Kilsəsinə erməni cəmiyyətində böyük hörmət bəslənilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə