Tural Museyibov:“Heydər Əliyev deyirdi ki, köklü sualınız varsa...”
Yusif Nəzərli
15:36 22.02.2023
Tarix
1355
“Heydər Əliyev bizi yetişdirirdi. Mənim mediaya olan həvəsim o dövrdən başladı”.
Bunu “Sherg.az”a Ulu Öndərlə bağlı xatirələrini bölüşən tanınmış jurnalist, Baku TV-nin baş redaktoru Tural Museyibov deyib.
O bildirib ki, Heydər Əliyevə arxalahdıqları üçün heç kəsdən çəkinməyiblər:
“Hətta biz Naxçıvanda ondan müsahibə götürmək üçün müraciət etdik. Lakin dedilər ki, siz ona söz deyə bilməzsiniz. Mən isə “Biz deyərik siz də görərsiniz” söylədim. Çünki Heydər Əliyevin özü bu şəraiti yaratmışdı. Biz dərdimizi ona danışırdıq və hər kəs görürdü ki, bütün jurnalistlərin Ulu Öndərlə fikrini bölüşmək imkanı var. O buna çox böyük imkan yaradırdı. Hətta səfərlərdən qayıtdıqda yorğun olmasına baxmayaraq hər zaman brifinq keçirirdi və bizə deyirdi ki, köklü sualınız varsa, verin. Yəni bizi formalaşdırırdı. Biz zaman keçdikcə düşünürdük ki, ona dolğun cavab ala biləcəyimiz suallar verək. Biz onun qarşısında olanda hər kəs sual verməyə can atırdı. Heydər Əliyev isə sualları cavablandırmaqdan sanki həzz alırdı. Hətta xatırlıyıram ki, böyük bir dövlətin generalları gəlib ölkə başçılarının Heydər Əliyevdən məsləhət istədiyini demişdi. Biz onunla fəxr edirdik. Ulu öndərin qarşısında olmaq belə qürurverici idi”.
T.Museyibovun sözlərinə görə, Ulu öndər jurnalistlərə öz doğması kimi yanaşırdı:
“Heydər Əliyevin Ağcakənddə çox gözəl bir çıxışı var idi. O vurğuladı: “Gün gələcək Azərbaycan bayrağı Zəngəzurda dalğalanacaq”. Hətta o bayram çıxışı zamanı bildirmişdi: “Vaxt gələcək, biz Qarabağda oturub qələbədən danışacağıq”. O günlər artıq gəlib. Mən əminəm ki artıq Heydər Əliyevin ruhu şaddır. Cənab Prezident İlham Əliyevin sayəsində Qarabağın, Şuşanın azad edilməsini Ulu Öndər də hiss etdi. Allah Heydər Əliyevə rəhmət etsin”.
Qeyd edək ki, Prezident İlham Əliyevin qərarı ilə 2023-cü il Heydər Əliyev ili elan edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə