Ötən ilin dekabrında nəşr olunan "Kurikulum bələdçisi-izahlar və tətbiqlər” vəsaiti yenidən çapa hazırlanır. Təhsil institutunun direktor müavini Ənvər Abbasovun rəhbərliyi ilə tərtib edilən kitab müəllimlər üçün nəzərdə tutulub.
Kitabın yenidən nəşri ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Almaz Həsrət maraqlı təkliflə çıxış edib:
"Son hadisələr - pandemiya dövrü bir daha göstərdi ki, zamanın tələbi başqadır. Artıq ənənəvi dərs onlayn tədrislə əvəz olunmalıdır. Bunun fonunda adı çəkilən vəsaitin PDF versiyasının yaradılması da zəruridir. Elektron variant əlçatımlığı təmin edəcək. Hər kəs, hətta ən ucqar rayonda yaşayan müəllim də vəsaitdən yararlana biləcək. Ona görə belə əhəmiyyətli vəsaitin elektron variantının yaradılmasını daha lazımlı bilirəm, nəinki ikinci dəfə nəşrini".