5 şagird buraxılış imtahanına buraxılmayıb


3 aylıq təxirə salınmadan sonra dünən və bu gün ümumilikdə 42 618 mindən çox şagird ilk dəfə olaraq sosial izolasiya qaydalarına uyğun olaraq imtahan verib.

İmtahan verən otaqlarda da bu qaydalara əməl olunub.

Baku.Tv xəbər verir ki, hər otaqda 15 nəfər olmaqla hər partada bir şagird əyləşib və hər bir abituriyent tibbi maskadan istifadə edib.

Buraxılış imtahanlarında 17 mindən çox şagird iştirak edib.

Övladları imtahan zalında olarkən isti havada 3 saat imtahan binasının qarşısında gözləyən valideynlərin həyəcanı da elə abituriyentlərinki qədər idi.

İmtahana gələrkən 5 şagirdin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. İmtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 197 imtahan binası, 3284 imtahan zalı ayrılıb.

İmtahanların idarə olunmasına 197 ümumi imtahan rəhbəri, 538 imtahan rəhbəri, 4266 nəzarətçi–müəllim, 393 buraxılışı təşkil edən əməkdaş, 197 bina nümayəndəsi ayrılıb.