Birinci sinfə qəbul üçün 136 mindən çox uşaq qeydiyyatdan keçib


2020-2021-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə qəbul üçün 136 mindən çox uşaq elektron qeydiyyatdan keçib.

Təhsil Nazirliyindən verilən məlumata görə, ümumtəhsil məktəblərinin I siniflərinə martın 10-dan başlamış qəbul prosesi www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılır.

Bu günədək respublika üzrə ümumilikdə 136 644 uşaq I sinfə elektron qeydiyyatdan keçib. 126 860 nəfərin sorğusu tamamlanıb. 8647 nəfər tədrisi digər dillərdə aparılan bölmələr üzrə I sinfə qəbul üçün müsahibəyə yazılıb. 777 nəfər isə liseylərə qəbul üçün sorğu yerləşdirib.

Qeyd edək ki, I sinfə elektron qeydiyyat prosesi sentyabrın 14-dək davam edəcək.