Azərbaycanda direktorların işə qəbulu müsabiqəsinin avqust ayının əvvəlində keçiriləcəyi gözlənilir.
"Sherg.az"ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.
Onun sözlərinə görə, texniki təchizatla bağlı işləri iki dəfə görməmək üçün direktorların işə qəbulunun test mərhələsi müəllimlərin işə qəbulunun test mərhələsindən dərhal sonra keçirilir:
“Bu hesabla götürsək, o qənaətə gələ bilərik ki, direktorların işə qəbulu avqust ayının əvvəlinə təsadüf edəcək. Namizədlərin tez bir zamanda müsabiqəyə hazırlaşmağa başlamasında fayda görürəm”.