Təhsil ocaqları əmək bazarının istəklərinə cavab vermir


Gələcəyin abituriyentləri vəziyyəti nəzərə almalıdırlar ki, işsiz qalmasınlar

  "Bu gün təhsil ocaqları əmək bazarının istəklərinə cavab vermir". APA xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib. Onun sözlərinə görə, bu günün əmək bazarı yeni yanaşmalar gözləyir: "İlk vaxtlar əmək bazarı bizdən qol gücü istəyirdi. Sonra bu, bacarıq, düşüncə ilə dəyişdi. Əmək bazarında çox ciddi dəyişikliklər olur. Köhnə peşələr yeniləri ilə dəyişir. Əmək bazarında qurumlar bir-biri ilə sıx əməkdaşlıq edir. Əhalinin təhsil səviyyəsini qaldırmalıyıq. Universitetlərdə təlim materialları artıq daha tez-tez dəyişməlidir. Bu gün əmək bazarı cəmiyyətə yox, cəmiyyət əmək bazarına uyğunlaşmalıdır. Bu gün biz işi yaşadığımız yerə yox, yaşadığımız yeri işə aparmalıyıq. Ən böyük hədəfimiz gəncləri əmək bazarında görməkdir. Rəqəmsallaşma və elektronlaşma üzrə iş aparırıq. Bu gün təhsil ocaqları əmək bazarının istəklərinə cavab vermir. Agentliyimizdə 150 nəfərdən çox Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi işləyir. Bu da universitetlər arasında ən çox göstəricidir".
  Təhsil eksperti Kamran Əsədov isə qeyd etdi ki, abituriyentlər əmək bazarının tələblərinə cavab verən ixtisaslara yönəlməlidir. 
- Pandemiya dövrünün əmək bazarında yeni ixtisaslara ehtiyac yaratdığını gördük. 2021-ci ildə bütün idarəetmənin onlayn rejimə keçməsi gələcəkdə bu istiqamətdə ixtisaslara daha çox ehtiyacın olacağını göstərdi. Pandemiya və fövqəladə vəziyyətlərdə insanlar evdə qalırlar. Bu dövrdə onlar həm işlərini görmək, həm də asudə vaxtlarını keçirmək üçün kompüter və onunla oyunlara daha çox vaxt ayırırlar ki, gələcəkdə də ehtiyac olunan ixtisaslardan biri kompüter oyunu dizaynı ixtisasıdır. Dövrümüzdə oyun dizaynı tələbələri 2010-cu ildə 55.5 milyard dollardan 2021-ci ildə 92.4 milyard dollara çatması gözlənilən bir sektora qatılır. "Becker College" qonşusu "Worcester Polytechnic Institute" ilə birlikdə gələcəyin oyun dizaynerləri üçün ən məşhur bir ünvan vəziyyətindədirlər. Digərləri isə "DePaul University", "Michigan State University" və "Rochester Institute of Technology"dir. "DePaul"un Proqramlaşdırma və Rəqəmsal Media bölümünün dekan köməkçisi Lucia Dettori “Bu vəziyyət xilasedici, əsgər və təşkilati işçiləri öyrətmə tərzimizi, alver şəklimizi və məhsulların bizə təqdim edilmə formasına da təsir edir”, - deyib. Bu hissənin məzunları oyun istehsalı, inkişaf etdirməsi, dizaynı, sənəti, proqramlaşdırması, kompüter qrafikləri və insan-kompüter qarşılıqlı əlaqəsi sahələrində çalışır. Eyni zamanda oyun studiyalarında və memarlıqda, tibdə, hüquqda və interaktiv simulyasiyası istifadə edildiyi digər sektorlarda da işləyə bilirlər. Enerji, su, yemək və iqlimin əsrin problemlərini meydana gətirdiyi dövrümüzdə ekoloji işlər sahəsindəki proqramlar gedərək yayılır. Məsələn, "University of Wisconsin-Madison"dakı tələbələr artıq ya ekoloji araşdırmalar" ya da ətraf elmləri sahələrində təhsil alır. Ekoloji işlər tələbələrin sağlamlıq, qida və kənd təsərrüfatı, enerji, bio-müxtəliflik, iqlim, tarix və mədəniyyət, torpaq istifadəsi və siyasət dərsləri arasından seçim etməsini tələb edən fənlərarası bir dərəcədir.
  Yüksək təhsildə Davamlılığın İnkişaf etdirilməsi Dərnəyinə görə ekoloji işlərlə əlaqədar sahələrdən olan və bioloji sistemlərin müxtəlifliyini və məhsuldarlığını davam etdirməyə yönəlmiş davamlılıq sahəsində (aralarında "Arizona State University", "Pennsylvania State University", "University of Kentucky" və "University of Oklahoman"ın da olduğu) 35-ə qədər ABŞ universiteti bakalavr dərəcəsi təklif edir. Hazırda səhiyyə informasiyası və ya informasiya rəhbərliyi ixtisasına zəruri tələbat yaranıb. Sağlamlığı yaxşılaşdırmaq və ödənişləri idarə etmək üçün məlumatın alınmasına, idarə olunmasına və istifadə edilməsinə köməkçi olan işçilər üçün bu, böyük bir ehtiyacdır. Səhiyyə İnformasiyası və İnformasiya Təhsili Akkreditasiya Komissiyasına görə "University of Washington", "Temple University", "University of Illinois-Chicago" və "Weber State University" də daxil hazırda 54 akkreditasiyalı bakalavr təhsili proqramı var. Amerikan Tibb İnformasiya Dərnəyi önümüzdəki 5 ilə 7 il içində bu sahədə 50 mindən çox işçiyə ehtiyac olacağını nəzərdə tutmaqdadır. Tələb olunan ixtisaslardan biri də informasiya təhlükəsizliyi və ya virtual təhlükəsizlik ixtisasına tələbatı zəruri edir. Məsələn, ABŞ Milli Təhlükəsizlik Təşkilatı köhnə informasiya təhlükəsizliyi texniki direktoru Diki Corc virtual təhlükəsizlik və ya informasiya təhlükəsizliyi mövzularında iş tələbinin “son on ildə 10 qat artdığını” ifadə edir. İnformasiya təhlükəsizliyi tələbələri kompüter sistemlərini, şəbəkələri və fərdi kompüterləri viruslardan, kompüter piratlarından, terror hədələrindən və təşkilati casusluqlardan qorumaq üçün lazımlı olan texniki mövzuları öyrənir. Tələbələr fərqli müəssisə modellərini, gizlilik və təhlükəsizlik protokollarını öyrənmək üçün E-ticarət dərslərinin yanında kompüter cinayətləri və məhkəmə informasiya dərsləri də ala bilməkdədir. Tələbələr eyni zamanda müasir informasiya sistemlərini planlamağı, analiz etməyi, dizayn və tətbiqi də öyrənir. Təbii ki, gələcəyin ehtiyac duyulası ixtisaslarından biri də nanotexnologiyadır. Və bizim tələbələr, gələcək abituriyentlər də bunları nəzərə almalıdırlar ki, işsiz qalmasınlar, əksinə, tələbat olan işlərə dəvət edilsinlər.