Məktəbəhazırlıq və I siniflərin yerdəyişməsinə başlanılıb

Məktəbəhazırlıq və I siniflərin yerdəyişməsinə başlanılıb.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Qeyd edilib ki, bu gün saat 11:00-dan məktəbəhazırlıq qrupları və 1-ci siniflərin elektron yerdəyişməsi prosesinə start verilib.

Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.