Nazir: Gələn il tələbələri və müəllimləri Qarabağ Universitetində görmək istəyirik

Qarabağ Universitetinin timsalında elm və təhsilin inteqrasiyasını daha ağıllı qura bilərik.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın ümumi yığıncağında deyib.
"Elə edə bilərik ki, kiçik maraqlar böyük maraqları üstələməsin. Universiteti bir gündə qurmaq olmaz. 2024-cü ilin sentyabrında tələbələri, gənc alimləri, müəllimləri orada görmək istəyirik. Bu istiqamətdə bütün resurslarımızı sərf edəcəyik".