Elm və təhsil naziri Emin Əmrullayev məktəbli qızlar arasında baş verən bullinqə münasibət bildirib.
Nazir bildirib ki, bu hadisə hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır:
"Lakin bu mövzuda da biz müəllimlərimizə qarşı əsassız fikirləri qəbul etmirik. Bu hadisə də daxil olmaqla məktəbli ilə bağlı istənilən hala görə 150 min müəllimi günahlandıra bilmərik. Çünki yeniyetmələr arasında belə hallar baş verir".
O əlavə edib ki müəllimləri bu cür alçaldıcı yanaşma qəbuledilməzdir.