Naxçıvan Universiteti fəaliyyətini dayandıracaq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, Naxçıvan Universitetinin tələbələri bu tədris ilinin sonuna qədər təhsilini davam etdirəcək:
"Məzunlar diplomlarını Naxçıvan Universitetinin məzunu olaraq alacaqlar. Aşağı kursda oxuyan tələbələr isə digər ali təhsil müəssisələrinə köçürüləcək".