Son iki həftə ərzində 50 məktəbdə monitorinq aparılıb, pozuntular aşkarlanıb.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə APA-nın sualına cavab olaraq deyib.
“Davamiyyətlə bağlı son iki həftədə təxminən 50-yə yaxın məktəbdə olmuşuq. Monitorinqlər Bakı, Abşeron və digər ərazilərdə aparılıb. Pozuntular aşkar edilib. Pozuntu aşkar edilən məktəblərdə müvafiq tədbirlər görülüb” - Agentlik sədri qeyd edib.
Agentlik direktoru onu da əlavə edib ki bu monitorinqlərdə təkcə davamiyyət deyil, digər məqamlar da yoxlanılıb.