Azərbaycanda Elektron təhsil sahəsində vəziyyət heç də ürəkaçan deyil
Yusif Nəzərli
09:58 06.08.2023
Elm və Təhsil
616
Xeyli gecikmişik
“Təsəvvür edin ki, rəqəmsal bilikləri olan müəllimlərimiz də məktəbdə oturduğu sinifdə yutubu açıb proyektoru qoşub, hansısa bir mövzunu uşaqlara izah edə bilmir”
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Big Data” analitikası və “Data Mining” problemləri üzrə müasir informasiya texnologiyalarının elmi-nəzəri əsasları tədqiq olunur.
Bu barədə şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev məlumat verib. O bildirib ki, bu istiqamətdə “Təhsil 4.0 platformasında elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənilməsi” mövzusunda araşdırmalar aparılır. Ötən 6 ayda “Təhsil 4.0” platformasında fasiləsiz təhsil üzrə fərdyönümlü təhsil mühitinin formalaşdırılması məsələsi, həmçinin biliklərin qiymətləndirilməsi metodları işlənilib. “Təhsil 4.0” platformasında bulud texnologiyasının əsasında elektron təhsilin formalaşdırılması problemləri təhlil olunur. Hazırda “Elektron təhsilin idarə olunmasında təhsil mühitinin formalaşdırılması” mövzusunda tədqiqatlar davam etdirilir, elektron tədris modellərinin analizi məsələləri araşdırılır.
Qeyd edək ki, son onilliklərdə informasiya texnologiyalarının inkişafı bu texnologiyaların insan fəaliyyətinin bir çox sahələrində geniş tətbiqinə səbəb olub. Təhsil sektoru da istisna deyil.
E-təhsil Qərb ölkələrində 20-ci əsrin sonlarında yaranıb və təhsilin sürətli inkişafına təkan verib. Təhsilin elektron formalarının yaranması və fəal şəkildə yayılması bir çox ölkələrin təhsil sistemlərinin dünyada gedən inteqrasiya proseslərinə, informasiya cəmiyyətinə doğru inkişafa adekvat cavabı idi.
Azərbaycanda isə bu sahədə xeyli çatışmazlıqlar var.
Təhsil eksperti Qoşqar Məhərrəmov da “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanda Elektron təhsil sahəsində vəziyyət heç də ürəkaçan deyil: "Hətta bir xeyli gecikmişik. Dünya təcrübəsində artıq vahid təhsil platformaları var. Bu platforma üzərindən şagirdlərin davamiyyəti yoxlanılır, onların inkişaf dinamikası izlənilir. Şagirdlərə evdə işləmək üçün tapşırıqlar verilir. Müəllimlər məhz həmin kommunikasiya üzərindən valideynlərlə kommunikasiya qurur, şagirdlər haqqında rəy bildirir. Qiymətləndirmələr də bu cür aparılır. Bizdə isə hələ bu sistem formalaşmayıb. Hələ də bəzi məktəblərimizdə internetin olmadığını görür, müəllimlərimizin heç də hamısının kompüter bacarıqları arzuolunan səviyyədə deyil. Təsəvvür edin ki, rəqəmsal bilikləri olan müəllimlərimiz də məktəbdə oturduğu sinifdə yutubu açıb proyektoru qoşub, hansısa bir mövzunu uşaqlara izah edə bilmir. Belə bir situasiyada Azərbaycan təhsilində “Təhsil 4.0” platformasından danışmaq təqdirəlayiq hal olsa da, gecikmiş bir addımdır. Hər şeydən əvvəl respublika ərazisində fəaliyyət göstərən məktəblərin hər biri sürətli internet şəbəkəsinə qoşulmalıdır. Bütün tədris otaqları, siniflər internet və kompüterlə təmin olunmalıdır. Bu mümkün olmursa, məktəblər tərəfindən müəllimlərə xidməti kompüterlər verilsin. Pandemiya zamanı məktəblərin “Microsoft Teams” proqramından istifadəsi çox gözəl hal idi, lakin karantin məhdudiyyətləri götürüldükdən sonra yenə də ənənəvi hal davam elədi. Müəllimlərin çoxu indi həmin proqramla işləməyi belə unudub. Yəni Azərbaycanda elektron təhsil proqramının özünü doğrultmaması, sadəcə, nazirlikdən qaynaqlanmır, pedaqoji kontingentin İKT bacarıqlarının zəif olmamasından qaynaqlanır. Əvvəlcə bu istiqamətdə maarifləndirici addımlar atılmalı, kompüter bilgiləri yüksək olan müəllimlərin fəaliyyətinin stimullaşdırılması atılması zəruri olan addımlardan biridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq
Göz yaşının sirri açıqlandı: İnsan üç fərqli növ göz yaşı tökür
14:19 04.08.2026
Cəmiyyət
İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir - ŞƏRH
13:26 04.08.2026
Gündəm
Ərdoğan YAŞ toplantısı öncəsi Anıtkabiri ziyarət etdi
12:58 04.08.2026
Gündəm
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
12:57 04.08.2026
Gündəm
ABŞ-nin İranla mümkün saziş üçün tələbləri açıqlandı
12:50 04.08.2026
Gündəm
Azərbaycan və İsveçrənin XİN rəhbərləri görüşdü - YENİLƏNİB
12:45 04.08.2026
Siyasət
Sabah 39 dərəcə isti olacaq
12:40 04.08.2026
Ekologiya
Naxçıvanda hiss edilən zəlzələ olub
12:36 04.08.2026
Hadisə
Ötən gün 30 cinayətin açılması təmin olunub
12:30 04.08.2026
Hadisə
Bu qəsəbədə bütün sakinlər eyni binada yaşayır
12:27 04.08.2026
Dünya