Elektronlaşdırılma qeyri-şəffaflığın qarşısını alıb
Elektronlaşdırılma qeyri-şəffaflığın qarşısını alıb
Yusif Nəzərli
10:24 08.08.2023
Elm və Təhsil
537
İndi şagirdlərin yerdəyişməsi rahat şəkildə həyata keçirilir
Dünəndən etibarən 2023-2024-cü tədris ili üzrə şagird yerdəyişməsinə start verilib. Elm və Təhsil Nazirliyindən bildirilib ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir. Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün avqustun 7-si saat 15:00, 10-cu siniflər üçün isə avqustun 14-ü saat 15:00-dan aktivləşdiriləcək.
Valideynlər üçün elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi avqustun 31-i saat 18:00-a qədər davam edəcək. Onlar sentyabrın 5-i saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.
Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardıma xidmət edir. Eyni zamanda prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradır. Şagird yerdəyişməsinin elektronlaşdırılmasından sonra şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq mümkündür.
Təhsil eksperti Nadir İsrafilov isə hesab edir ki, şagirdlərin bir məktəbdən digər məktəbə keçirilməsinin elektronlaşdırılmasından sonra bu sahədə olan qeyri-şəffaflığın qarşısını alıb:
“Şagirdlərin ümumi təhsil müəssisələrinə elektron qaydada yerdəyişməsinin tətbiq edilməsində əsas prinsiplər - şəffaflıq, səmərəlilik, keyfiyyətlilik və hesabatlılıqdır. 2019-2020-ci tədris ilindən həyata keçirilən bu prosesin ildən-ilə müsbət tərəfləri hiss olunur. Bir sıra hallarda şagird köçürmələri ciddi problemlərlə, bəzi məktəb direktorlarının yaratdığı süni əngəllərlə müşayiət olunurdu. Yəni valideyn müraciətlərinə onlar "yer yoxdur" cavabını verir, valideyn və şagirdlərə qarşı haqsızlıq edirdi, onları get-gələ salırdı. Bu problemlər vardı. Əlbəttə, bu da müəyyən hallarda şagirdin təhsildən yayınmasına səbəb olurdu. Yəni şagird sənədlərini məktəbdən alıb gedirdi və yenidən məktəbə qayıtmırdı. Ancaq indi bu proses elektronlaşdırma vasitəsilə mərkəzləşdirilmiş qaydada həyata keçirilməyə başlayıb. Bu problem də aradan qalxıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq
Göz yaşının sirri açıqlandı: İnsan üç fərqli növ göz yaşı tökür
14:19 04.08.2026
Cəmiyyət
İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir - ŞƏRH
13:26 04.08.2026
Gündəm
Ərdoğan YAŞ toplantısı öncəsi Anıtkabiri ziyarət etdi
12:58 04.08.2026
Gündəm
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
12:57 04.08.2026
Gündəm
ABŞ-nin İranla mümkün saziş üçün tələbləri açıqlandı
12:50 04.08.2026
Gündəm
Azərbaycan və İsveçrənin XİN rəhbərləri görüşdü - YENİLƏNİB
12:45 04.08.2026
Siyasət
Sabah 39 dərəcə isti olacaq
12:40 04.08.2026
Ekologiya
Naxçıvanda hiss edilən zəlzələ olub
12:36 04.08.2026
Hadisə
Ötən gün 30 cinayətin açılması təmin olunub
12:30 04.08.2026
Hadisə
Bu qəsəbədə bütün sakinlər eyni binada yaşayır
12:27 04.08.2026
Dünya
Rusiyada yanacaq bazarında yeni araşdırmalar başlayıb
12:17 04.08.2026
Dünya