
Firudin Cəlilov: Universitetlərin ilkin adlarını saxlamaq lazım idi
12:00 29.07.2025
Elm və Təhsil
665
Sabiq nazir Bakı Dövlət Universitetinə Məmməd Əmin Rəsulzadənin adının verildiyini və bu adı geri qaytarmaq lazım olduğunu söyləyib
Ali təhsil müəssisələrinin adlarında dəyişiklik edilməsi ilə bağlı təkliflər ictimaiyyətin və təhsil ekspertlərinin diqqət mərkəzindədir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizovun AzEdu.az Təhsil Portalına müsahibəsində ADNSU-nun gələcəkdə “AZİ Universiteti” adı ilə tanınmasının planlaşdırıldığını söyləməsi müzakirələri yenidən alovlandırıb. Məsələyə münasibət bildirən təhsil sahəsində tanınmış şəxslər universitetlərin tarixi və mədəni kimliyini əks etdirən adlarının qorunmasının vacibliyini vurğulayırlar. Keçmiş təhsil nazirləri və mütəxəssislər bəzi universitetlərin əvvəlki adlarına qaytarılmasının daha məqsədəuyğun olduğunu düşünürlər. Bu addımın milli dəyərlərin qorunması baxımından əhəmiyyət daşıdığını bildirirlər.
Keçmiş təhsil naziri, professor Firudin Cəlilov da mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:

"Bu məsələ keçirilən fənnlərlə bağlıdır. Orada işləyən kollektiv bunu məndən daha yaxşı bilir. Onların bu cür qərarı varsa, mən də buna normal baxıram. Keçmiş adlar klassik deyimə çevrilib. Onları dəyişmək doğru deyil. Ümumiyyətlə universitetlərin ilkin adlarını saxlamaq lazım idi".
Sabiq nazir Bakı Dövlət Universitetinə Məmməd Əmin Rəsulzadənin adının verildiyini və bu adı geri qaytarmaq lazım olduğunu söyləyib:
"UNEC-in keçmiş adı Narxoz idi. Narxoz bizim söz deyil. Buna görə də yalnız türk dilində olan keçmiş adlar qaytarılmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət