Kitabxana qiymətinin 150 manata qaldırılmasına AMEA-dan reaksiya
16:48 01.03.2020
Elm və Təhsil
710
Azərbaycan Milli Elmlər Akademiyası kitabxana qiymətinin 150 manata qaldırılması ilə bağlı məsələyə aydınlıq gətirib.
AMEA-dan Milli.Az-a daxil olan açıqlamada deyilir:
"2015-ci ildən başlayaraq, MEK müasir kitabxana xidmətlərini AMEA əməkdaşları ilə yanaşı, 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşlarına təqdim edir. 2017-ci ildən başlayaraq isə oxucuların xahişi əsasında və AMEA rəhbərliyinin dəstəyi ilə MEK 09.00-22.00 saatlarında ikinövbəli xidmət göstərir. Xidmətlər bütün AMEA əməkdaşları və magistrantlarına imtiyazlı, Qarabağ müharibəsi əlillərinə, 20 Yanvar şəhidlərinin ailələrinə, müharibə veteranlarına, 70 yaşına çatmış və bir sıra başqa şəxslərə isə pulsuz göstərilir. Son üç il ərzində qanunvericilik çərçivəsində və şəffaflıq-hesabatlılıq prinsipləri gözlənilməklə, AMEA əməkdaşı və magistrantı olmayan şəxslərə dair yeni qiymət cədvəli tətbiq edilir.
Azərbaycan Respublikasının elm sahəsinin büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilmə mexanizminin olmasını və MEK-in 2020-ci il üçün müəyyən etdiyi kadr, texniki, proqram təchizatı ehtiyaclarını və fəaliyyət proqramını nəzərə alaraq, MEK-in əlavə xidmətlərindən 2020-ci maliyyə ili üçün nəzərdə tutulmuş büdcədənkənar gəlirlər cədvəli yenilənmişdir. Çox da böyük olmayan büdcədənkənar vəsait kitabxananın maddi-texniki bazasının gücləndirilməsinə və əməkdaşların sosial müdafiəsinə yönəldilir.
Oxucuların istinad etdiyi "xaricdə pulsuz kitabxana xidməti", təbii ki, pulsuz deyil, və hər bir halda müəyyən qurumlar tərəfindən ödənilir. Müxtəlif ixtisaslar üzrə mütəxəssis yetişdirən müəssisələr öz sahələr üzrə müvafiq kitabxana xidmətləri təklif edə bilmədikləri halda, mütəxəssis kimi formalaşmasında maraqlı olduqları şəxslərin başqa kitabxanalara abunə haqlarının ödənilməsini müzakirə edə bilərlər. Burada başqa mexanizm yoxdur - xidmət göstərilirsə müvafiq ödənişi olmalıdır.
Yeri gəlmişkən, AMEA rəhbərliyi AMEA magistrantlarının MEK abunə xidmətlərini öz üzərinə götürüb. Qiymətlərin yüksək olmasına gəldikdə isə, hazırda tətbiq edilən aylıq və illik abunə qiymətlərinə əsasən, oxucu 1 kitabxana gününə 0,62 AZN ödəyib 12 saat ərzində kitabxadan limitsiz istifadə etmək hüququnu əldə edir. Xidmətlərin sahəsini və məzmunu müqayisə etmək niyyətindən uzaq dursaq, bu, başqa sahələrdə, məsələn, şəhərdaxili sərnişindaşıma xidmətlərinin tarifləri ilə müqayisədə çox aşağıdır. Belə ki, gün ərzində şəhər nəqliyyatına bir gediş və bir qayıdışa ödənilən 0,6 AZN ilə gün ərzində limitsiz 12 saatlıq kitabxana xidmətlərinin ödənişi təxminən eynidir. Oxucular müzakirələr zamanı şəffaflığın olmaması məsələsini də səsləndirir.
Qeyd edək ki, tətbiq edilən qiymətlər MEK saytında, sosial şəbəkə səhifələrində açıq şəkildə yerləşdirilir. "Oxucu kartı" oxucunun şəxsiyyət vəsiqəsi əsasında, oxucunun razılığı ilə hazırlanır, kart üçün ödənilən vəsait mədaxil orderində iki nüsxədə əks olunur, orderin bir nüsxəsi oxucuya verilir, ikinci nüsxəsi isə Maliyyə Nazirliyinə təqdim olunur. Vəsaitin aidiyyatı üzrə xərclənməsinə Maliyyə Nazirliyinin 12 saylı Xəzinədarlıq İdarəsi tərəfindən nəzarət edilir. Oxucunun şəxsi məlumatları əks olunmuş kart oxucuda saxlanılır. Oxucu kartdan istənilən vaxt müddəti məhdudlaşdırılmadan MEK-in iş vaxtı ərzində istifadə etmək hüququna malikdir.
MEK rəhbərliyi gənclərin təhsilə və peşə inkişafına doğru atdığı ciddi addımları yüksək qiymətləndirir, Azərbaycanın inkişaf yolunu yalnız bilik cəmiyyətindən keçdiyini başa düşür, oxucuların bu sahədə səsləndirdiyi ehtiyacların qarşılnması yollarını araşdırır və bununla bağlı bir çox prosedurların (təhlükəsizlik, sənədləşdirmə, ödəniş və s.) yenilənməsi layihəsini hazırlayır".
Qeyd edək ki, sonuncu dəfə 2017-ci ildə kitabxanaya girişin illik qiyməti 5 manatdan 20 dəfə qaldırılaraq 100 manat edilmişdi. Həmin vaxt AMEA rəsmisi bunun səbəbini akademiyanın mühafizə sisteminin gücləndirilməsinə görə xərclərin artması ilə izah etmişdi
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Ər-Riyada hücum etdilər
13:42 20.10.2026
Dünya
“Barselona” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır
13:28 20.10.2026
Futbol
Kallas Qara dənizdə hücumlara moratorium qoyulmasını tələb etdi
13:23 20.10.2026
Gündəm
Bağçalı: Türk dünyasının birliyini dosta-düşmənə göstərəcəyik
13:15 20.10.2026
Gündəm
Paşinyan ölkə vətəndaşlarını etirazlara çağırdı
12:35 20.10.2026
Region
Vens: Ukrayna NATO-ya üzv olmamalıdır
12:09 20.10.2026
Dünya
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
11:57 20.10.2026
Hadisə
Azərbaycanda bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
11:39 20.10.2026
Sosial
ABŞ-nin müharibə naziri Netanyahu ilə gizli görüş keçirib
11:13 20.10.2026
Dünya
Qəzzada 500 min fələstinliyə ərzaq yardımı dayandırılır
10:48 20.10.2026
Dünya
Kim Çen Inin səhhəti ilə bağlı şayiələr yayılıb
10:35 20.10.2026
Dünya
Məşhur meyxanaçı vəfat etdi - Foto
10:20 20.10.2026
Hadisə
Rusiya ayıları NATO ölkələrinə “hücum”a keçdilər
10:17 20.10.2026
Dünya
Ağ Ev sözçüsü vəzifəsində cəmi 5 gün qaldı
10:02 20.10.2026
Dünya
Qripdən sonra infarkt riski 16 dəfə arta bilər
09:54 20.10.2026
Sağlamlıq