Kitabxanaçılar hələ də sovet vaxtındakı kimi işləyir
09:26 03.03.2020
Elm və Təhsil
882
Azərbaycan kitabxana sisteminin yenidən bərpası dəfələrlə gündəmə gəlib
Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Milli Kitabxananın Treninq Mərkəzində kitabxananın əməkdaşları üçün Corel Draw, Photoshop, Pinnacle Studio, Movavi Video Suite proqramlarının tədrisi məqsədilə treninqlərin açılışı olub.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov treninqi açaraq, informasiya texnologiyalarının kitabxanalara tətbiqinin vacibliyindən, bugünkü cəmiyyətdə kitabxanaların qarşısında duran vəzifələrdən, treninqdə tədris olunacaq proqramların kitabxana-informasiya xidmətinin təşkilində əhəmiyyətindən danışıb və mütəxəssislərə uğurlar arzulayıb.
Əlbəttə, bu tədrisin təsiri özünü kitabxanaçıların iş səviyyəsinin yüksəlməsində göstərəcək. Onlar yeni texnologiyalar vasitəsilə oxuculara daha cəld və keyfiyyətli xidmət göstərə biləcəklər.
Keçirilən treninqlərə olan münasibətini "Sherg.az"la bölüşən kulturoloq Aydın Xan Əbilov qeyd edib ki, İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) yeni dəyişikliklər və məşğələlərlə bizim qarşımıza tələblər qoyur.
Ekspertin sözlərinə görə, ümumiyyətlə nəinki kitabxana tarixində, cəmiyyətin müxtəlif sahələrində ictimai biliklərin yayılması çox vacibdir: “Bəzən uzun müddət işləyən bir şəxsə nəzarət olunmayanda, ictimai məlumatlar ötürülməyəndə və İKT yenilikləri ilə tanış etməyəndə sözsüz ki, onların içində böhran yaranar. Respublika kitabxanaları dünyadakı kitabxanalar sistemindəki yeniliklərlə bugünkü gün də tanış olmaqda və onları tətbiq etməkdədir”.
Kulturoloq onu da qeyd edib ki, Azərbaycan kitabxana sisteminin yenidən bərpası dəfələrlə gündəmə gəlib:
“Kitabxananın xidmətlərində 80-ci illərin səviyyəsində olan müəyyən formalardan istifadə edilməkdədir. Biz buna dəfələrlə etirazımızı bildirmişik. Elektron kitabların, virtual kitabxanaların geniş vüsət aldığı dövrdə bizim kitabxanaçıların hələ də Sovet vaxtında olduğu kimi oturub kağız kitab üçün gələn oxucunu gözləməsi nə dərəcədə düzgündür? Ona görə də müxtəlif bu tipli treninqlərdə tədrislərin keçirilməsi kitabxanaçıların dövrümüzün tələblərinə və sosiologiyalarına uyğun yeni bilgilərlə tanış edilməsinə kömək göstərəcək. Daha sonra kitabxanaçılardan keçirilən təlimlərdən yararlanıb oxuculara xidmət edilməsi tələb olunur. Bu, bütövlükdə yeni mütaliə mədəniyyətinin yüksəlməsi, eyni zamanda gənclərə istədikləri formada informasiyaların ötürülməsində böyük əhəmiyyəti var. Əlbəttə, yeni metodlarla yanaşı köhnə metodlardan da istifadə etmək lazımdır. Elə elmlər var ki, kreativ yanaşmalar da mövcud olmalıdır. Məsələn, kitabxanaların nəzdində kitab klubları və köşklərinin yaradılması, elektron kitabların endirilməsi və alınması vacibdir. Məsələn, bir çox elektron platformalarda - “Alibaba” fondu, “Amazon.com” və s. kitabların elektron versiyalarından yararlanmaq lazımdır. Bu tipli bilikləri də ötürmək və onlardan istifadə etmək vacibdir. Düşünürəm ki, belə təlimlərin keçirilməsinə ehtiyac var. Müəyyən tələblərə cavab verən mütəxəssislər yetişdirməsək, nəinki kitabxana sistemində, həm də informasiya resurslarında geriləmə baş verəcək”.
Samirə Ərəbova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Ər-Riyada hücum etdilər
13:42 20.10.2026
Dünya
“Barselona” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır
13:28 20.10.2026
Futbol
Kallas Qara dənizdə hücumlara moratorium qoyulmasını tələb etdi
13:23 20.10.2026
Gündəm
Bağçalı: Türk dünyasının birliyini dosta-düşmənə göstərəcəyik
13:15 20.10.2026
Gündəm
Paşinyan ölkə vətəndaşlarını etirazlara çağırdı
12:35 20.10.2026
Region
Vens: Ukrayna NATO-ya üzv olmamalıdır
12:09 20.10.2026
Dünya
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
11:57 20.10.2026
Hadisə
Azərbaycanda bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
11:39 20.10.2026
Sosial
ABŞ-nin müharibə naziri Netanyahu ilə gizli görüş keçirib
11:13 20.10.2026
Dünya
Qəzzada 500 min fələstinliyə ərzaq yardımı dayandırılır
10:48 20.10.2026
Dünya
Kim Çen Inin səhhəti ilə bağlı şayiələr yayılıb
10:35 20.10.2026
Dünya
Məşhur meyxanaçı vəfat etdi - Foto
10:20 20.10.2026
Hadisə
Rusiya ayıları NATO ölkələrinə “hücum”a keçdilər
10:17 20.10.2026
Dünya
Ağ Ev sözçüsü vəzifəsində cəmi 5 gün qaldı
10:02 20.10.2026
Dünya
Qripdən sonra infarkt riski 16 dəfə arta bilər
09:54 20.10.2026
Sağlamlıq