Kurikulum ləğv edilir? - RƏSMİ AÇIQLAMA
09:40 25.02.2020
Elm və Təhsil
799
Təhsil Nazirliyi təhsil proqramı (kurikulum) ətrafında gedən müzakirələr haqqında məsələyə münasibət bildirib. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, kurikulum nəyi və necə öyrətməyi, həmçinin, qazanılmış bilik və bacarıqların ölçülməsini (məzmun, təlim strategiyaları və qiymətləndirmə standartlarını) tənzimləyən sənəddir.
Bu proqramlar təhsil prosesindəki müxtəlif fəaliyyətləri (tədris, təlim, idarəetmə və s.) istiqamətləndirməklə normativ xarakter daşıyır.
Proqramlar (kurikulumlar) olmadan təhsil sahəsində müəyyən olunmuş siyasəti vahid istiqamətdə həyata keçirmək mümkün deyildir. Çünki həmin sənəd əsasında dərsliklər, metodik vəsaitlər hazırlanır, təlimin təşkili istiqamətləndirilir və s.
Təhsil proqramları məktəbin, təhsilin tarixi boyu həmişə olmuşdur. Belə ki, təlim prosesində nəyin tədris olunması, onun şagirdlərə aşılanması, nəticələrin qiymətləndirilməsi hər zaman problem olaraq təhsillə məşğul olan insanları düşündürmüş və müvafiq proqramların hazırlanmasını tələb edib. Bu, cəmiyyətin təhsil ehtiyaclarını tənzim edən normativ sənəd kimi meydana çıxıb.
Ölkəmizdə, həmişə olduğu kimi, bu gün də təhsil proqramlarından istifadə edilir. Lakin bu proqramlar daimi xarakter daşımır. Onlar dövri olaraq cəmiyyətin ehtiyac və tələblərinə uyğun dəyişir. Necə ki, hazırda ölkəmizdə olan standart və təhsil proqramlarının təkmilləşdirilməsi üzərində iş aparılır.
Qeyd edək ki, sosial şəbəkələrdə kurikulumun ləğvi edilməsi və ya formatının dəyişdirilməsi ilə bağlı məlumatlar paylaşılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Axios: Donald Tramp İrana qarşı hərbi variantları müzakirə edəcək
20:14 18.05.2026
Dünya
Prezident sosial şəbəkə hesablarında WUF13 ilə bağlı paylaşım edib
19:57 18.05.2026
Rəsmi
Rusiyada nikah yaşının aşağı salınması təklif edilir
19:49 18.05.2026
Dünya
“Qarabağ” fransalı vingeri transfer edib
19:40 18.05.2026
Futbol
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm