Misir Mərdanov Mehdiyevin yoldaşını əvəz edəcək? – Özü danışdı

Sabiq təhsil naziri Misir Mərdanovun yaxın zamanda Bakı Dövlət Universitetində yeni vəzifəyə təyin olunacağı ilə bağlı xəbər yayılıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, o, Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın rəhbərlik etdiyi Hesablama riyaziyyat kafedrasının müdiri postunu tutacaq.

Globalinfo.az məsələ ilə bağlı Misir Mərdanovla əlaqə saxlayıb.

“Hələ ki belə bir məlumat yoxdur. Mən hazırda Bakı Dövlət Universitetinin Ali Riyaziyyat və Riyaziyyatın Tədrisi Metodikası kafedrasında çalışıram”, – o qeyd edib.