Müasir təhsilin tələbləri-Fotolar
Yusif Nəzərli
17:49 31.01.2020
Elm və Təhsil
2536
Təhsil Nazirliyi tərəfindən reallaşdırılmış respublika üzrə "Pedaqoji Mühazirə"lərin qalibi, əməkdar jurnalist İbrahim Rüstəmovla Xətai rayon 86 saylı orta məktəbin məllimlərinin görüşü keçirilib.
"Sherg.az"xəbər verir ki, tədbiri giriş sözü ilə məktəbin direktoru Cavid Əliyev açıb və özündə qarşılıqlı təcrübə mübadiləsini ehtiva edən görüşlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, müasir təhsilimizin inkişafında təhsil işçilərinin üzərinə ciddi məsuliyyət düşür. Bu məsuliyyət ilk növbədə onların daim maariflənməsi məsələsini zərurətə çevirib.
Sonra söz İbrahim Rüstəmova verilib. Çıxışına ünsiyyət prosesinin əsas təməl prinsiplərinə toxunmaqla başlayan qonaq uşaqlarda maraq və empatiya kimi vacib cəhətlərin inkişafından danışıb. Qeyd edib ki, hər bir müəllim dərs dediyi şagirdlərin gələcəyinə görə konkret məsuliyyət daşıyır. Bu məsuliyyət isə ilk növbədə bizdən müasir təhsil təcrübəsinin uğurlarını öyrənməyi və onların gündəlik pedaqoji fəaliyyətimizdə tətbiqini tələb edir.
Daha sonra təhsil professoru Çon Devey, təkamülçü alim Əli Dəmirdaş və Eduard Lorens kimi mütəxəssislərin önəmli təcrübəsindən bəhs edən natiq dünyada hələ ki, liderliyini qoruyub saxlayan Finlandiya təhsil sisteminin özəlliklərindən danışıb. Bildirib ki, fin təhsilinin ən üstün cəhətlərindən biri də uşaqlarda yaradıcı yanaşma tərzinə, öyrənmə mədəniyyətinə xüsusi önəm verilməsidir.
Sonda məruzəçi müasir təhsil sistemimizdə əldə olunan uğurlardan və bu uğurların davamı olaraq gələcəkdə görüləcək işlərdən danışıb. Qeyd edib ki, müasir təhsil islahatları pedaqoji kollektivlərin qarşısnda geniş imkanlar açıb. Bu imkanlardan səmərəli istifadə etmək hər bir müəllimin vəzifə məsuliyyətidir.
Görüşün sonunda İbrahim Rüstəmov iştirakçıları maraqlandıran suallara cavab verib və mühazirənin təşkilinə görə məktəb rəhbərliyinə öz dərin minnətdarlığını bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Ər-Riyada hücum etdilər
13:42 20.10.2026
Dünya
“Barselona” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır
13:28 20.10.2026
Futbol
Kallas Qara dənizdə hücumlara moratorium qoyulmasını tələb etdi
13:23 20.10.2026
Gündəm
Bağçalı: Türk dünyasının birliyini dosta-düşmənə göstərəcəyik
13:15 20.10.2026
Gündəm
Paşinyan ölkə vətəndaşlarını etirazlara çağırdı
12:35 20.10.2026
Region
Vens: Ukrayna NATO-ya üzv olmamalıdır
12:09 20.10.2026
Dünya
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
11:57 20.10.2026
Hadisə
Azərbaycanda bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
11:39 20.10.2026
Sosial
ABŞ-nin müharibə naziri Netanyahu ilə gizli görüş keçirib
11:13 20.10.2026
Dünya
Qəzzada 500 min fələstinliyə ərzaq yardımı dayandırılır
10:48 20.10.2026
Dünya
Kim Çen Inin səhhəti ilə bağlı şayiələr yayılıb
10:35 20.10.2026
Dünya
Məşhur meyxanaçı vəfat etdi - Foto
10:20 20.10.2026
Hadisə
Rusiya ayıları NATO ölkələrinə “hücum”a keçdilər
10:17 20.10.2026
Dünya
Ağ Ev sözçüsü vəzifəsində cəmi 5 gün qaldı
10:02 20.10.2026
Dünya
Qripdən sonra infarkt riski 16 dəfə arta bilər
09:54 20.10.2026
Sağlamlıq