Ötən ay xaricdə təhsil almış 46 nəfərin diplomu tanınmadı
07:51 30.07.2025
Elm və Təhsil
387
İyun ayı üzrə 613 müraciətçinin 567-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 46 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Bildirilib ki, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 16 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması, 6 dövlət nümunəli olmayan diplom, 5 təhsilalma forması, 4 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması və əhəmiyyətli fərq (kredit sayı), 3 akkreditə olunmamış ali təhsil müəssisəsi (təhsil dövrünün bir hissəsinə münasibətdə), 3 kollec diplomu ilə bakalavriat uyğunsuzluğu, 2 ekvivalenti olmayan ixtisas, 2 akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə, 2 akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması, 1 əhəmiyyətli fərq (kredit sayı), 1 ixtisas uyğunsuzluğu, 1 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması və ixtisas uyğunsuzluğunu göstərmək mümkündür.
"Ölkələr üzrə Türkiyə Respublikasından 155, Rusiya Federasiyasından 152, Ukraynadan 144, Belarus Respublikasından 27, Birləşmiş Krallıqdan 27, Gürcüstandan 23, Polşa Respublikasından 9, Amerika Birləşmiş Ştatlarından 8, İtaliya Respublikasından 6, Almaniya Federativ Respublikasından 5, Çin Xalq Respublikası, İran İslam Respublikası, Macarıstan, Qazaxıstan və Qırğız respublikalarının hər birindən 4, İsveç Krallığı və Litva Respublikasından 3, Avstriya Respublikası, Belçika Krallığı, Əlcəzair Xalq Demokratik Respublikası, Fransa Respublikası, Norveç Krallığı, Səudiyyə Ərəbistan Krallığı, Yaponiya və Latviya respublikalarının hər birindən 2, həmçinin Estoniya, Hindistan, İndoneziya, İraq Respublikası, İsveçrə Konfederasiyası, Mozambik Respublikası, Niderland Krallığı, Nigeriya Federativ Respublikası, Portuqaliya Respublikası, Qambiya Respublikası, Rumıniya, Somali Federativ Respublikası, Şri-Lanka Demokratik Sosialist Respublikası, Sudan və Tacikistan respublikalarının hər birindən isə 1 müraciət qeydə alınıb",- məlumatda qeyd olunub.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 139, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 31, biznesin idarə edilməsi üzrə 28, menecment üzrə 26, tibb üzrə 26 müraciət qeydə alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət