
Şagirdlər inşa yox, esse yazmalıdır -REAKSİYA
Yusif Nəzərli
06:00 20.09.2024
Elm və Təhsil
785
Uşaqlar ən azından arzularını ifadə eləməyi bacarmalıdır
Yeni tədris ili başlayan kimi valideynlərin də narazılığı baş qaldırıb. Sosial şəbəkələrdə ölkənin ümumtəhsil ocaqlarında yaradılan problemlərlə bağlı çoxsaylı şikayətlər paylaşılır.
Valideynləri narahat edən məsələlərdən biri də ibtiadi sinif şagirdlərinə məcburi qaydada esse yazılmasıdır. “3-cü sinif şagirdinə esse yazmaq tapşırığı verilib. 4-cü sinifdən birbaşa qəzetə işə götürmək lazımdır”. “İbtidai sinif şagirdlərinə esse yazdırmaq nə deməkdir? Biz görmüşük ki, hər özündən deyən yazıçı, şair, publisist belə esse janrına girişməyə risk etmir”.
“Şagirdə esse yazmağı tapşıran müəllimlərin əksəriyyəti essenin nə olduğunu bilmir. Onsuz da evə esse yazmaq tapşırığı veriləndə hamı inşa yazır, adını esse qoyanda noolur ki?” kimi paylaşımlar edilir.
Mövzu ilə bağlı rəy bildirən təhsil ekspertləri isə hesab edir ki, qəribə olan müəllimlərin şagirdlərə esse yazdırması yox, valideynlərin bu tapşırıqlara reaksiyalarıdır.
Mütəxəssislərin fikrincə, çağdaş dünya təhsili test sualları ilə məhdudlaşmır. Şagirdlərdən fikir, ifadə azadlığı, məntiqi mühakimə istəyir. Qapalı test sualları isə bunları vermək gücündə deyil. Versə belə, çox az qismini əhatə edir. Ona görə də ən yüksək bal toplayan abituriyentlərin əksəriyyəti esse yaza bilmir. Esse yaza bilməmək nə deməkdir? Bu o deməkdir ki, həmin şagirddə özünüifadə zəifdir.
Təhsil eksperti Nabatəli Qulamoğlu da “Sherg.az"a açıqlamasında deyib ki, müasir təhsilin tələbi essedir. Esse yazmaq üçün də ətraf aləmi duymaq lazımdır:

“İnşa elədir ki, şagirdlərdən oxuduqları əsərləri təhlil etmək tələb edilir. Esse isə şagirdlərin öz yaradıcılığıdır. Bir pedaqoq olaraq deyirəm ki, inşa yazısından esse yaxşıdır. Həcmcə kiçikdir və düşünmək, tezis irəli sürmək qabiliyyəti yaranır şagirddə. Qiymətləndirmə formal olduğu üçün şagird də ruhdan düşmür.
Şagirdlərin aşağı siniflərdən esse yazmağa öyrəşməsinin tərəfdarıyam. Uşaqlar ən azından arzularını ifadə eləməyi bacarmalıdır. Bizim valideynlər hər şeyi problem edir. Essenin yazılışı yalnız bizdə deyil, dünyanın bütün sivil ölkələrində var. Bunun üçün də o, təhsil sistemində vacib həlqə rolunu oynayır”.
N.Qulamoğlunun sözlərinə görə, əvvəllər də şagirdlərdən esse yazısı tələb olunurdu, sadəcə başqa ad ilə:
“Yadınızdadırsa, sərbəst inşa mövzuları olurdu, şagirdlərdən baharın gəlişini, yay tətili təəssüratlarını, yaxud da vətənpərvərliklə bağlı öz düşüncələrini yazmaq tələb olunurdu. Esse də həmin şeydir. Esse şagirdin seçdiyi mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir. Şagirdlərə iqtisadi, mədəni həyat sahələri, respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti narahat edən digər qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur. Esse yaza bilməyən şagirdin gedib ali məktəbə sənəd verməyi ağlasığmazdır. Bu nöqteyi-nəzərdən esse yazılmalıdır. Riyaziyyatçı da, kimyaçı da, bir sözlə, bütün elm adamları şifahi və yazılı nitqi bilməlidir. Şagirdlərin yazı bacarıqlarının zəif olmasının səbəbi əzbərçilik prinsipinə riayət etmələri ilə bağlıdır. Ali məktəbə qəbul olan tələbə dərsi danışmaq üçün çıxış edə bilmir, lövhəyə çıxa bilmir. Biz buna qarşı mübarizə aparmalıyıq ki, şagirdlər özlərini rahat ifadə etməkdən qorxub, çəkinməsinlər. Bunun üçün də şagirdlərə esselər yazdırılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya