Türk dünyaya səs saldı: Ev şəraitində naqilsiz telefon düzəltdi

12 kosmonavtla əlaqə yarada bilib
Dünyanın 6 qitəsi ilə naqilsiz əlaqə saxlaya bilir, məsafə rekordu 18 min 400 kilometrdir


  Ötən əsrdə ev şəraitində düzəltdiyi naqilsiz telefonla dünyaya səslənən ABŞ sakini hardan bilərdi ki, yeni əsrdə hər kəs sosial şəbəkə üzərindən dünyanın istənilən nöqtəsindəki birisiylə ünsiyyət yarada biləcək. Bu azmış kimi bir türk hətta kosmosdakı astronavtlarla da naqilsiz əlaqə yarada bilib.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, 1985-ci ildən naqilsiz telefondan isitfadə etdiyini deyən Türk Telsiz və radio həvəskarları Cəmiyyətinin başqanı Ali Rıza Özsaran kosmosla əlaqə yaratmasından danışıb: “2003-cü ildə kosmos düşərgəsində çalışırdım və məndə belə bir maraq oyandı. Beynəlxalq kosmos stansiyasını təqib etməyə başladım. Amerikalı kosmonavt həvəskarlarla əlaqə saxlayacaqlarını açıqlamışdı. Bu, mənim marağımı daha da artırdı. Və onlarla birbaşa, vasitəsiz əlaqə yaratmağı qarşıma məqsəd qoydum. Nəticədə 12 kosmonavtla əlaqə yarada bildim.  Dünyanın 6 qitəsi ilə naqilsiz əlaqə saxlaya bilirəm. Məsafə rekordum 18 min 400 kilometrdir. Hazırda isə kosmosa göndərilməyə hazırlaşan türk kosmonavt Alper Gezeravcı ilə əlaqə yaratmaq və bununla tarixə düşməkdir”.  Ali Rıza Özsaran deyib ki, kosmosla rabitəsiz əlaqə yaratmağı vaxtilə amerikalı, Doug isimli birisi də bacarıb. Lakin o bunu radio dalğalarından istifadə edərək bacarıb. O isə kosmosla hər hansı rabitə bağlantısı yaratmadan bunu edə bilib.