Bu ölkə də 15 yaşdan aşağı uşaqlar üçün sosial medianı qadağan edir

Polşa hökuməti 15 yaşdan aşağı uşaqlar üçün sosial media istifadəsinə məhdudiyyət tətbiq etməyi nəzərdən keçirir.

Sherg.az xəbər verir ki, Polşanın rəqəmsal məsələlər naziri Krzysztof Gawkowski bildirib ki, uşaqların onlayn fəaliyyətlərinin tənzimlənməsi ilə bağlı yeni tədbirlər hazırlanır.

Müzakirə olunan qanun layihəsinə əsasən, 15 yaşdan aşağı istifadəçilər üçün sosial media platformalarına giriş məhdudlaşdırıla bilər.

Qeyd edək ki, Avstraliya ötən il 16 yaşdan aşağı şəxslər üçün sosial media qadağası tətbiq edən ilk ölkə olub.