
Mütəxəssis: "TikTok"-a nəzarət mexanizmlərinin gücləndirilməsi vacibdir
12:25 06.12.2024
Texnologiya
1107
Avropa Komissiyası (AK) qeyri-qanuni təsir imkanı ilə bağlı narahatlıqlar fonunda "TikTok"dan Aİ ərazisində seçki zamanı öz işi haqqında daxili məlumatları saxlamağı tələb edir.
Oxu.Az "Eurointegration"a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında bildirilir.
Aİ-nin icra orqanının sərəncamı "TikTok"un xidmətin Aİ-də seçki prosesləri və vətəndaş müzakirələri üçün yarada biləcəyi faktiki və ya təxmin edilən sistem riskləri ilə bağlı məlumatları saxlamağını nəzərdə tutur.
Bura digər məsələlərlə yanaşı, "TikTok"un tövsiyə sistemlərinin funksionallığı və xidmətdən razılaşdırılmış qeyri-əsaslı istifadə nəticəsində qəsdən manipulyasiya riskinə cavab verilməsi daxildir.
Avropa Komissiyasının sərəncamı Aİ-də bütün milli seçkilərə şamil ediləcək və 24 noyabr 2024-cü ildən 2025-ci il martın 31-dək qüvvədə olacaq.
Bu, Rumıniyada keçirilən seçkinin birinci turunda ifrat sağçı prezidentliyə namizəd Kelin Corceskunun qələbəsinə "TikTok"un təsirini göstərən Rumıniya kəşfiyyatının məxfi sənədlərinin təhlilindən sonra məlum olub.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a bildirib ki, "TikTok" qlobal miqyasda sürətlə böyüyən sosial platformadır və Azərbaycanda da geniş istifadəçi kütləsinə malikdir:

“Xüsusilə yeniyetmələr və gənclər arasında populyarlıq qazanan bu platforma həm müsbət tərəflərə, həm də ciddi risklərə malikdir. Əsas narahatlıqlar arasında təhlükəli məzmunun yayılması, istifadəçi məlumatlarının təhlükəsizliyi və sosial asılılıq halları önə çıxır. Buna görə də, bizim ölkədə də "TikTok" və digər sosial media platformaları üzərində müəyyən nəzarət mexanizmlərinin gücləndirilməsi vacibdir. Belə ki, "TikTok"-da yayımlanan bəzi məzmunlar gənclərin psixoloji və mənəvi inkişafına mənfi təsir edə bilər. Nəzarətsiz məzmun radikal düşüncələrin yayılmasına, zorakılıq və qeyri-etik davranışların təşviqinə səbəb ola bilər. Digər tərəfdən "TikTok" istifadəçilərin şəxsi məlumatlarını toplayır və bəzi hallarda xaricdəki serverlərdə saxlayır. Bu, isə məlumatların üçüncü tərəflərlə paylaşılması riskini artırır. Azərbaycanda məlumatların qorunması ilə bağlı qanunvericilik təkmilləşdirilməli və "TikTok" kimi platformalardan istifadəçi məlumatlarının təhlükəsizliyini təmin etməsi tələb olunmalıdır”.
Ekspertin sözlərinə görə insanların, xüsusilə gənclərin sosial media platformalarından məsuliyyətlə istifadə etməyi öyrənmələri vacibdir:
“Avropa Komissiyasının "TikTok" üzərində nəzarəti gücləndirməsi, əsasən, platformanın məlumat təhlükəsizliyi, istifadəçilərin məxfiliyinin qorunması, eləcə də gənclər üçün təhlükəsiz mühit təmin etməsinə yönəlib. "TikTok"-un məzmun alqoritmləri, istifadəçi məlumatlarının saxlanması və paylaşılması məsələləri Avropada ciddi müzakirə olunur. Bu qərar, platformaların qanunvericilik tələblərinə əməl etməsini təmin etmək məqsədi daşıyır. Komissiyanın təcrübəsi sübut edir ki, balanslı yanaşma vacibdir. Onlar yalnız qadağa tətbiq etmir, həm də platformaları məsuliyyətə cəlb edirlər. Nəticə olaraq ilk növbədə, istifadəçilərə tövsiyəm şəxsi məlumatların paylaşılmasına diqqət yetirməkdir. Mümkün qədər məxfiliyi qorumaq, onlara uyğun olmayan məzmunu bloklamaq və platformadan məsuliyyətlə istifadə etmək vacibdir. "TikTok" əyləncə vasitəsidir, lakin təhlükəsizlik və balanslı yanaşma həmişə üstünlük təşkil etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi