Türkiyədə Qarabağ gerçəkləri ilə bağlı silsilə tədbirlər davam edir

"Əsgər Ailəsi Cəmiyyəti" VTİB -nin sədri, Qarabağ müharibəsi veteranı Roza Əliqızı, bir aydan çoxdur ki, Türkiyədə Qarabağ gerçəkləri və Xocalı soyqırımının 28-ci ilinə həsr olunmuş silsilə tədbirlər keçirir. Əsasən orta məktəblərdə, litseylər və universitetlərdə keçirilən bu proqramların əsas məqsədi gənclərə Qarabağ gerçəklərini və Xocalı soyqırımının görünməyən üzlərini anlatmaq, təbliğ etməkdir.

R.Əliqızının verdiyi məlumata görə, yanvar ayından Türkiyədə bu, tədbirlərin həyata keçirilməsi üçün çalışıb. Bu, tədbirlərin keçiriləcəyi şəhərlərin valiləri və milli təhsil müdürlükləri ilə söhbət edərək dəstək alır və məqsədinə nail olub.

Keçirilən tədbirlər, R.Əliqızının rəhbəri olduğu "Əsgər Ailəsi Cəmiyyətinin" və bu cəmiyyətin Türkiyə Şöbəsinin xətti ilə, eyni zamanda Türkiyənin rayon və qəsəbə Milli Təhsil şöbələrinin dəstəyi ilə həyata keçirilir.

Tədbirlərdə şagirdlər, tələbələr ilə yanaşı Türkiyə qaziləri, şəhid ailələri dəvət edilir.

R.Əliqızı çıxışlarında, Qarabağda baş verən erməni terrorçularının torpaqlarımızı işğalı etmələri və bir əsrdə ermənilərin türklərə qarşı 4 dəfə soyqırım etməsindən danışır, bu soyqırımlarda xalqımıza qarşı amansız erməni zülmü, erməni işgəncələri haqqında məlumatlar verir. 

Silsilə tədbirlər mart ayının sonunadək davam edəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu