Araz Aslanlı: "İndiki nəslin vəzifəsi sadəcə bayramları qeyd etmək olmamalıdır"

"Unutmamalyıq ki, torpaqları parçalanmış, əraziləri işğal ediliş bir millətin övladlarının üstündə bir borc da var"

"Azərbaycan Xalq Cümhuriyyətini quranları, o böyük düşüncə və dövlət adamlarını rəhmətlə, minnətlə yad edirik".

Bunu “Sherg.az”a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib. 

A.Arazlı vurğulayıb ki, onlar bizə sadəcə heç vaxt enməyəcək bir bayraq yox, dəyərlər və bayram hədiyyə qoyub gediblər:

"Bir kərə yüksələn bayraq, bir daha enməz! İndiki nəslin vəzifəsi isə sadəcə bayramları qeyd etmək olmamalıdır. Əvvəla dəyərlərə bağlılıq vacibdir. Eyni zamanda unutmamalyıq ki, torpaqları parçalanmış, əraziləri işğal ediliş bir millətin övladlarının üstündə bir borc da var: - yeni bayramlar yaratmaq borcu. İnşallah biz də tarixə bayram yaradan nəsil kimi düşərik!!!".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu