“Mühacirətdə olan müxalifət açıq şəkildə erməni diasporasının təsiri altındadır”. Bunu Sherg.az-a açıqlamasında BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.
Partiya funksioneri bildirib ki, xaricdəki ünsürlərin maliyyələşməsi bilavasitə və ya dolayı yolla erməni lobbisinin əli ilə həyata keçirilir: “Düşmən Ermənistanın bizə “nümunə” göstərilməsi təsadüfi deyil. Xaricdəki müxaliflərin aldığı qrantların qaynağı birbaşa ermənilərə gedib çıxır. Ona görə də hər fürsətdə Azərbaycanı qaralamağa çalışırlar. Daha sonra isə ermənilər həmin “azərbaycanlıların” uydurmalarını həm Ermənistanda, həm də xarici ölkələrdə tirajlayırlar. Xüsusi olaraq qabardırlar ki, guya xaricdə olan Azərbaycan vətəndaşları öz ölkələrindəki acınacaqlı durumu etiraf edirlər və s. Bunun təbliğatını apararaq beynəlxalq konfranslarda Azərbaycan əleyhinə materiallar yayırlar. Bunların hamısı sistemli şəkildə erməni lobbisi tərəfindən həyata keçirilir”.
N.Orduxanlının sözlərinə görə, məqsəd Azərbaycanı nüfuzdan salmaq, ölkəmiz əleyhinə qarayaxma kampaniyası təşkil etməkdir:
“Ermənilər dünyaya göstərmək istəyirlər ki, guya Azərbaycanda öz vətəndaşları belə bu ölkədə rahat yaşaya bilmirlər. Belə olan halda ermənilər Qarabağda, Azərbaycanın tərkibində yaşaya bilməzlər. Bu cür təxribat isə Ermənistanın və digər düşmən qüvvələrin maraqlarına xidmət edir. Ermənilərlə əlbir olanlar radikal müxalifətin nümayəndələridir. Baş nazirin müavini Əli Əhmədov da məhz onları nəzərdə tutur. Çünki dağıdıcı müxalifətin niyyəti hansı yolla olur-olsun hakimiyyətə yiyələnməkdir. Onlar öz məqsədlərinə çatmaq üçün indi də sosial şəbəkə üzərindən fəaliyyət göstərirlər. Lakin istəkləri heç zaman reallaşmayacaq”.
Qeyd edək ki, Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov “facebook” səhifəsində son günlərdə mühacir müxalifətin anti-Azərbaycan təbliğatında yeni bir meylin ortaya çıxdığını yazıb. Baş nazirin müavini qeyd edib ki, Azərbaycanı yerli-yersiz tənqid etmək, müxtəlif yalanlar və böhtanlarla onun imicini zədələmək yolu seçmiş radikal müxalifət və onun mühacir qanadı təbliğat kampaniyasında Ermənistan faktorundan istifadə etməyə başlayıb: “Xüsusilə də mühacir müxalifətin Ermənistanın təbliğatçısı rolunda çıxış etməsi, ən bayağı formada Azərbaycana nümunə göstərməsi onların nə qədər ziyanlı və iyrənc vasitələrdən istifadə etmələrindən xəbər verir. Hətta onlar Ermənistanın “demokratik”, “tərəqqidə olan”, “Azərbaycandan daha üstün” ölkə obrazını yaratmaq naminə yalanlar uydurmaqdan belə çəkinmirlər”.
Niyaməddin Orduxanlı: "Bunların hamısı sistemli şəkildə erməni lobbisi tərəfindən həyata keçirilir"
17:51 29.08.2019
Siyasət
1403
Xəbər lenti
Hamısına bax
Ermənistan KTMT-ni maliyyələşdirəcək?
18:47 08.05.2024
Dünya
NATO-nun sammiti bu tarixdə keçiriləcək
18:30 08.05.2024
Siyasət
Əliyev Ərdoğana COP-29-a dəvət məktubu göndərib
18:19 08.05.2024
Siyasət
Moskvada Aİİ liderlərinin iclası başlayıb
18:12 08.05.2024
Dünya
Türkiyə Prezidenti Əli Əsədovu qəbul edib
Türkiyə Prezidenti Əli Əsədovu qəbul edib
17:47 08.05.2024
Gündəm
Bu il MİQ imtəhanı daha asan olacaq -ŞOK AÇIQLAMA
17:33 08.05.2024
Qarabağ
Azərbaycan və Türkiyə bir dövlət kimi hərəkət edir -Səməd Seyidov
17:27 08.05.2024
Siyasət
Professor: Bununla bağlı ciddi ölçü götürmək lazımdır
17:19 08.05.2024
Sosial
İlham Əliyev Ərdoğana COP-29-a dəvət məktubu göndərib
İlham Əliyev Ərdoğana COP-29-a dəvət məktubu göndərib
17:00 08.05.2024
Siyasət
Ekoloq: Bu tətbiq ən çox fermerlərin xeyri üçün olacaq
16:53 08.05.2024
Sosial
Eyyub Hüseynov: Dönərlərin harada və necə hazırlandığı bilinmir
16:48 08.05.2024
Cəmiyyət
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
16:43 08.05.2024
Gündəm
Zaqatalada baş verən zəhərlənmənin səbəbi məlum olub
Zaqatalada baş verən zəhərlənmənin səbəbi məlum olub
16:37 08.05.2024
Hadisə
Prezidentlərin geniş tərkibdə görüşü olub -YENİLƏNİB
Prezidentlərin geniş tərkibdə görüşü olub -YENİLƏNİB
16:15 08.05.2024
Gündəm
ABŞ-dən BMC-yə təhdid: Qərb demokratiyanı oyuna çevirib
16:11 08.05.2024
Aktual
Vulkanda manqal keyfi: 500 dərəcə istidə yemək bişirilir
16:06 08.05.2024
Dünya
Əlil oğlunu timsahlara atdı: "Ərim “yük” olaraq görürdü"
16:01 08.05.2024
Hadisə
53 ildir davam edən sirr: Döşəmədə insan şəkilləri görünür
15:56 08.05.2024
Dünya