Ərdoğan türk liderə hiddətləndi: Cavabını alacaqsan

Şimali Kipr Türk Respublikasının lideri Mustafa Akıncının "Sülh çeşməsi" əməliyyatı haqda dediyi sözləri həddini bilməmək kimi dəyərləndiririk.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Hazırda dünyada bizdən başqa Şimali Kiprin yanında olan varmı? Yox! Lakin durub Türkiyə əleyhinə açıqlama verirlər. Bunun cavabı olacaq! İnanıram ki, Şimali Kiprdəki soydaşlarımız lazımı cavabı verəcəklər", - Ərdoğan bildirib.

Qeyd edək ki, Şimali Kipr Türk Respublikasının lideri Mustafa Akıncı "Sülh çeşməsi" əməliyyatı haqda danışarkən, qan tökülməsinə diqqət çəkməyə çalışıb.