Rauf Arifoğlunun namizəd olduğu dairədən xəbər var: “Rəqib həddindən artıq...”

“Bu saata qədər səsvermə prosesində hansısa qanun pozuntusuna rast gəlməmişik”. Bunu Sherg.az-a açıqlamasında 35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Rauf Arifoğlunun seçki qərargahının sədri, tanınmış yazar Çingiz Özgür deyib.

Lakin Ç.Özgürün sözlərinə görə, sadəcə qarşı tərəf, yəni R.Arifoğlunun rəqibi (Ümid Partiyasının sədri İqbal Ağazadə - red) həddindən artıq müşahidəçi təyin etməklə məntəqələrdə süni sıxlıq yaradır: 

“Müşahidəçilərin çoxluğu məntəqəyə gələn insanların səs verməsinə maneçilik törədir. Biz isə qanun çərçivəsində öz tələblərimizi ortaya qoyuruq. Əgər qanun və şərait icazə verirsə, nə qədər istəyirlər müşahidəçi gətirsinlər. Lap 100 nəfər müşahidəçiləri olsun. Amma problem odur ki, müşahidəçilər məntəqəyə girən seçicilərlə az qala təmasda olaraq müdaxilə edirlər. Bununla bağlı fikirlərimizi məntəqə sədrlərinə bildirmişik. Biz demokratik səsvermə istəyirik. İnşallah elə də olacaq. Hələlik beynəlxalq müşahidəçilərə rast gəlməmişik. Yəqin ki, ATƏT-in seçki nümayəndələri prosesi izləyəcək”.