Dövlət dili normalarını pozanlar cərimələnəcək - MƏBLƏĞ

Kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə cərimələr nəzərdə tutulur.  
Oxu.Az-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə “Kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması” adlı yeni 533-cü maddəsinə əlavə təklif edilir.  

Əlavəyə əsasən, kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə, fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslər isə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.  
Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.