Livan prezidenti hökumətin istefasını qəbul edib


Livan prezidenti Mişel Aun Baş Nazir Həsən Diab və hökumətinin istefasını qəbul edib.

Trend-in məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidməti xəbər verib.

Məlumatda qeyd edilib ki, Baş nazir istefa ərizəsini prezidentə təqdim edəndən sonra Mişel Aun onu qəbul edib və Nazirlər Kabinetinə yeni bir hökumət qurulana qədər vəzifələrini icra etməyi tapşırıb.

Söhbət əsnasında M.Aun və H.Diab avqustun 4-ü Beyrutun dəniz limanında partlayışdan sonra Livandakı son hadisələrin son gedişatını müzakirə ediblər. Dövlət başçısı istefaya gedən hökumət üzvlərinə görülən işlərə görə təşəkkür edib.