Nüşabədən Şəbnəm və Vəfaya SƏRT SÖZLƏR: "İkiniz də bir bezin qırağısınız"

Artıq bir neçə gündür ki, "Şəbnəm-Vəfa" qalmaqalı müzakirə olunur. Sosial şəbəkələrdə bu iki müğənnidən danışılır, hər kəs onların ünvanına rəy yazır. Elə öz sənət dostları da bu münaqişəyə münasibət bildirir. 

"Sherg.az" xəbər verir ki, müğənni Nüşabə Musayeva da məsələ haqda danışıb. O bu barədə İnstaqramda yazıb. İfaçı Vəfa Şərifovanın "Ailəli olduğumu deyirəm ki, məclislərə gedəndə bilsinlər" sözlərinə qəzəblənib:

"İkiniz də bir bezin qırağısınız. Adam öz şəxsiyyəti barədə mübarizə aparar. Bəsdirin camaatın evini yıxdınız. Sizin əlinizdən camaat öz ərinin üzünü görüb ürəkdən "ərim" deyə bilmir. Nə edirsiniz edin, amma danışanda sözünüzə yiyəlik edin. Heç vaxt sizin kimi ailəli olmaq istəmərəm. Lakin məclisdə kimsə mənə artıq nə isə deyə bilməz, bu günə qədər də deyə bilməyib. Qadının canında varsa, ona ailə də bəs etmir. Gözdən asdığınız pərdəni özünüz cırıb, özünüzü biabır edirsiniz".