Dünyanı həyəcanlandıran kəşf: 80 min il əvvəl 3 yaşlı oğlan... - Foto

Arxeoloqlar Afrikadakı araşdırma zamanı qitədəki ən qədim insan qəbrini aşkarlayıblar.
“Sherg.az” “Haberturk.com”a istinadən xəbər verir ki, Keniyanın cənub-şərqində yerləşən “Panga ya Saidi” mağarasında aparılan qazıntılar zamanı tapılan sümüklər təxminən 80 min il əvvəl dəfn edilmiş 3 yaşlı uşağa aiddir.
Arxeoloqlar 2013-cü ildəki qazıntıdan sonra ilk hissələri aşkarlanan sümüklərin çox həssas vəziyyətdə olduğunu görüblər. Daha sonra isə sümüklərin zərər görmədən bölgədən çıxarılması üçün 4 ildən çox vaxt lazım olduğunu qeyd ediblər.
Maks Plank İnstitutunun professoru Mikael Petraqlia qazıntılar zamanı tapılanların Afrikada ən qədim insan qəbri olduğunu söyləyib.