“Rusiyanın Ermənistandakı hərbi bazasının (102-ci) bir hissəsi şərqə, Azərbaycanla sərhədə köçürüləcək”.
“Sherg.az” xəbər verir ki, bu barədə Feysbuk səhifəsində jurnalist, analitik Asif Nərimanlı yazıb.
A.Nərimanlı bildirib ki, bununla ruslar Türkiyəyə (NATO) qarşı ikinci cəbhədə mövqelənir:
“Erənistanda rus ordusunun saxlanılmasının ana hədəfi NATO, yəni Türkiyə ilə sərhəd xətti qurmaq olub. Qarabağ müharibəsi ilə Türkiyənin Azərbaycana gəlişi ruslara görə NATO-nun da gəlişi deməkdir.
102-ci bazanın bir hissəsini Azərbaycanla sərhədə yerləşdirmək planı da uzaq perspektivli hədəf kimi bölgədə NATO-ya qarşı ikinci sərhəd xəttini yaratmaqdır.
Bu, rusların bölgədə çətin vəziyyətə düşdüyünün başqa bir nümunəsidir”.