Tovuzda təxribat:"Bu əsas verir ki, antiterror əməliyyatlarına start verək"

"Erməni tərəfi Tovuzda yenidən təxribata əl atıb".
"Sherg.az" xəbər verir ki, bunu siyasi şərhçi Rusif Məmmədsoy deyib. 
Ekspert bildirib ki, bu çox ciddi faktdır: 
"Təxribat bizə əsas verir ki, bölgədə antiterror əməliyyatlarına start verək. Bu,  artıq yeni işğal istəyidir. Proseslər yenidən Qarabağdan kənara daşınmaq istənir. Ölkə başçısı son açıqlamasında əsgər sayının artırılmasını, yeni ordu modelinin yaradılmasını xüsusilə qeyd etdi. NATO standartlarına cavab verən ordu qurmaq istəyirik. Bundan narazı qüvvələr çoxdur. Bu proseslər təsadüfi ola bilməz...".