Əhaliyə ciddi xəbərdarlıq: temperatur 50 dərəcəni keçəcək

ABŞ-da temperatur rekord həddə çatıb.
"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, meteorologiya xidmətləri əhaliyə ciddi xəbərdarlıq edib. İsti hava xüsusilə ABŞ-ın şimal-qərbindəki Oreqon və Vaşinqton şəhərlərində qeydə alınıb. Həmçinin isti hava Kaliforniya, Nevada və İdaho bölgələrində də müşahidə olunmaqdadır. Mütəxəssislər havanın temperaturunun 50 dərəcədən yuxarı keçəcəyini bildirib.