Məhəmməd Əsədullazadə: "Ölkədə narkotika istehsal edilir, yoxsa belə ucuz qiymətə satılmazdı"

"Vilayət Eyvazovun narkomaniyaya qarşı sərt mübarizə aparacağını gözləyirik"

“Ölkədə narkomaniya geniş şəkildə yayılıb”. Sherg.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, xüsusilə gənclər arasında ucuz qiymətə "şüşə" adlandırılan narkotik maddənin  yayılması təbii ki, bu sahəyə qarış indiyə qədər mübarizə aparılmaması və bu maddənin yayılmasına şərait yaradılmasıdır:

“Ola bilər ölkə daxilində bunun istehsalı var. Yoxsa, ucuz qiymətə və bu qədər yayılması baş verməzdi. 

"Patı" və digər narkotik maddələrin inkişaf etməsində iki hal var. Birinci, ölkə daxilində istehsal edilir. İkinci, buna şərait yaradılıb. Artıq proses böhranlı vəziyyətə gəldikdən sonra ictimai müzakirəyə çıxması və DİN-nin fəaliyyəti bu bəlanın qarşısının alınmasında mühüm rol oynayar. Daxili İşlər nazirliyinin Narkotiklərə Qarşı Baş mübarizə idarəsi bununla bağlı effektli işləyəcəksə, qarşısını ala biləcək. Polisin əlində çox asan bir işdir. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun narkomaniyaya qarşı sərt mübarizə aparacağını gözləyirik. Artıq bir neçə gündür ki, polis əməliyyatlar keçirib, həbslər həyata keçirir”.

M.Əsədullazadə qeyd edib ki, ilk növbədə bu işə himayə edəni tapıb zərərləşdirmək lazımdır: “

İrandan da ölkəmizə narkotik və psixotrop maddələrin qanunsuz yolla keçirilməsinə cəhdlər edilir. DSX və təhlükəsizlik orqanları sistemli şəkildə bunun qarşısını alır. Amma, əsas iş polisin üzərindədir. Polis hərməhlədə bu işin qarşısını almaq iqtidarındadır. Sadəcə, polis bu işdə qətiyyətli olmalıdır”.