Səyahətə çıxanlar diqqət! - Turizm agentliklərinin peyvənd “oyunu” 

Turizm agentlikləri  asan qazanc əldə etməyin yeni üsulunu tapıb. Pandemya səbəbindən uzun müddət qapılarını turistlərin üzünə bağlı saxlayan ölkələr səyahət qadağalarını bir-bir qaldırır. Bu şərtlə ki, səyahətə çıxanlar ölkəyə peyvənd  olunmuş halda, “COVİD” pasportu ilə gəlsin. Bəzi turizm şirkətləri isə səyahət turlarının təşkilindən əlavə peyvənddən də pul qazanmağa başlayıb. Oxşar fakt Türkiyədə yaşanıb.



“DHA” nın xəbərinə görə, İstanbulun Şişli bölgəsində fəaliyyət göstərən bir turizm agentliyi xidmətindən faydalanmaq istəyən turistlərə  “İstanbula gəlin, “BioTech” peyvəndi vurdurun, qiyməti 2 min 700 lirə” təklifi edir. Bu barədə Ortadoğu Turizm və Səyahət Agentlikləri Dərnəyinin başqanı Hüseyin Kırk məlumat verib. H.Kırk iddia edir ki, haqqında söz açdığı sgentlik  İrandan Türkiyəyə səyahət etmək istəyənlərə belə bir təklif edib. Agentlik İranda “İstanbula gəl, peyvənd vurdur”, reklam kampaniyası təşkil edir. Agentliyin nümayəndəsi sosial mediada paylaşım edərək “İstanbulda əcnəbilərə oturum izni və vətəndaşlıq şərti olmadan “Pfizer” peyvəndi vurulur. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın”,  yazıb və ölkə xarici telefon nömrəsini qeyd edib.  Əlavə olaraq “2 dozalı peybənd 2 gün aralıqla vurulur. İlk doza ən müasir klinikalardan birində vurulur, adambaşı 2 min 700 lirə” məlumatı da yerlə.dirilib. Bu isə yalan informasıyadır və insanların həyatı ilə oynamaqdır.   Hüseyin Kırk “işin ən qorxulu tərəfi budur ki, agentlik peyvənddən sonra əgər hər hansı sağlıq problem ortaya çıxarsa “agentlik bunun məsuliyyətini daşımır”, deyə əcnəbi vətəndaşlara əvvəlcədən sənəd imzaladırlar.  Kim bilir, bəlkə də saxta iynələr, saxta peyvəndlər  vurulur”, deyib. İddia üzərinə Şişli İlçe Əmniyyət Müdürlüyü təhqiqata başlayıb.