“Şuşa Bəyannaməsi”inin fəlsəfəsi! – Türkiyə-Azərbaycan tandemi və ya həlledici siyasi güc...” – Tarixi sənəd!

“Postsovet ölkəsinin NATO  üzvü olan ölkə ilə hərbi əməkdaşlıq  müqaviləsi bağlaması postsovet  məkanı üçün  nadir haldır”

“Əminəm ki, o gələcək  tarixdə böyük  rol oynayan bir sənəd olacaq”    


Türkiyə və Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi”nin təsdiq olunmasına dair qanun qüvvəyə minib.  Bu barədə “Resmi gazete”də məlumat dərc olunub. Xatırladaq ki, fevralın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin rəsmi şəkildə dərc edilərək qüvvəyə minməsi ilə bağlı qərarı ratifikasiya edib. Fevralın 12-də isə Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Qanunu imzalayıb.  Bəyannamə  liderlər tərəfindən Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində imzalanıb.  

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov  “Şuşa Bəyannaməsi”inin əhəmiyyətindən “Sherg.az”a danışıb. O bildirib ki, postsovet ölkəsinin NATO  üzvü olan ölkə ilə hərbi əməkdaşlıq  müqaviləsi bağlaması postsovet  məkanı üçün  nadir haldır:

“Baltikyanı ölkələrin heç birinin arasında bu cür münasibət  yoxdur. Eyni zamanda biz bilirik ki, Türkiyə təkcə NATO-ya üzv olunması ilə xarakterizə olunan ölkə deyil .O böyük  iqtisadi gücə malik iyirmi ölkədən biridir. Rəsmi Ankara bu xüsusda artıq ilk onluğa iddialıdır.Türkiyənin hərbi və iqtisadi gücü hər kəsə bəllidir”.

 T.Zülfüqarov  artıq Azərbaycan-Türkiyə tandeminin bölgədə həlledici siyasi gücə çevrildiyini diqqətə çatdırıb:

 “Bu birlik gələcəkdə daha çox nüfuz və imkanlara malik olan bir qurum olacaq. “Şuşa Bəyannaməsi” çox böyük bir hadisədir. Əminəm ki, o gələcək  tarixdə böyük  rol oynayan bir sənəd olacaq”.