İran dünyanın “gözündən düşdü” – “Son terrakt bu ölkənin etibarsız...”

UNESCO rəhbərliyi Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş silahlı hücumu pisləyib.
Bu barədə UNESCO rəhbərliyinin Azərbaycanın təşkilat yanındakı Daimi nümayəndəliyinə ünvanlandığı rəsmi məktubda bildirilib.
UNESCO-nun Baş direktorunun adından göndərilən məktubda Azərbaycan hökumətinə və xalqına rəğbət ifadə olunaraq başsağlığı ifadə edilib. Həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verilib və xəsarət alanların tezliklə sağalması dilənilib.

 BMT-nin Azərbaycanın və onun xalqının yanında olduğu bildirilərək, indiki çətin vəziyyətdə diplomatik missiyaya qarşı belə aktların qadağan olduğu vurğulanıb. Məktubda, həmçinin qeyd edilib ki, Azərbaycan UNESCO Katibliyinin dəstəyinə tam əmin ola bilər.

Məsələni "Sherg.az"a dəyərləndirən Türkiyəli politoloq Abdullah Ağar bildirib ki, UNESCO və BMT-nin Azərbaycanı dəstəkləməsi təbiidir:

"Çünki Vyana konvensiyasında yazılıb ki, ərazisində yerləşən diplomatik korpusların qorunmasına görə hər bir ölkə  öhdəlik daşıyır. Yəni öhdəlik İranda olduğu üçün BMT və UNESCO kəşfiyyat cəhətdən hər zaman özünü önə çıxardan İranda belə bir hadisənin olmasını qınayır. Bu hadisə həm də rəsmi Tehran üçün böyük etibarsızlıq problemi yaratdı. Eyni zamanda beynəlxalq öhdəliklərin yerinə yetirilməməsi məsələsi də var. Ona görə də BMT və UNESCO-nun rəsmi Bakını dəstəkləməsi və İrana güvənməməsi təkcə Azərbaycanla  bağlı deyil. Təhlükəsizlik probleminin olması həm də İranda olan beynəlxalq təşkilatlar və BMT üçün təşvişə səbəb olur. Belə olduqda isə UNESCO və BMT təbii olaraq sərt tövr sərgiləyir".