Partiya sədri: “Qardaş Türkiyənin yanındayıq” 


Ağ Partiyanın sədri Tural Abbaslı Türkiyədə baş verən təbii fəlakətlə bağlı dəstəyini ifadə edib. 
"Sherg.az" olaraq Partiya rəhbərinin yazdıqlarını təqdim edirik:
"Türkiyədə baş verən şiddətli zəlzələ nəticəsində çox sayda insanın həlak olması və yaralanmasına görə dərin narahatlıq keçirdik. Türkiyə xalqına və hadisə qurbanlarının ailələrinə başsağlığı verir, onlara Allahdan səbr diləyirik. Həlak olanlara Allahdan rəhmət, yaralı insanlara şəfa diləyirik". 
Tural  Abbaslı əlavə edib ki, Ağ Partiya bu çətin gündə dost və qardaş Türkiyənin yanındadır. Keçmiş olsun.
Qeyd edək ki, Bu gün səhər saatlarında Türkiyənin Kahramanmaraş vilayətində 7,4 bal gücündə zəlzələ baş verib. Bu saata olan məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 284-ə çatıb, 2323 nəfər yaralanıb, 1710 bina dağılıb. Dağıntılar yeddi vilayətdə qeydə alınıb.