Azərbaycan bayrağını təhqir edən 3 erməninin məsuliyyətə cəlb edilməsi qanundan başqa, siyasi və ictimai baxımdan vacib şərtdir
Qarabağda Azərbaycan bayrağını tapdalayan 3 erməni futbolçunun hər birinə
10 sutka həbs cəzası verilib.
Azərbaycan
Baş Prokurorluğundan verilən məlumata görə, 2021-ci ildə istintaqa cəlb edilərək
qiyabi həbs edilən Ermənistan vətəndaşları Alen Sarkisyan (22), Vahe Hovsepyan
(20) və Levon Qriqoryan (20) Qarabağdan Ermənistana keçərkən Laçın sərhəd-keçid
məntəqəsində saxlanılıblar.
Bu
üç nəfər dindirilmə zamanı törətdikləri cinayəti etiraf edib, peşman
olduqlarını və bundan sonra belə hərəkətlərə yol verməyəcəklərini bildiriblər.
Etiraf etdikləri üçün cinayət təqibinə xitam verilib, onlar İnzibati Xətalar
Qanununun “İnternetdə qadağan olunmuş məlumatların yayılması” maddəsi ilə mühakimə
və cinayət məsuliyyətinə cəlb olunaraq hər biri 10 gün müddətinə azadlıqdan məhrum
edilib.
Bildirilib ki, bu 3 nəfərin cəza müddəti başa çatdıqdan sonra Azərbaycanı
tərk etməyə icazə veriləcək.
Xatırladaq ki, 2021-ci ildə Qarabağda futbol klubunun futbolçularının Azərbaycan
bayrağını tapdaladığını göstərən görüntülər internetdə paylaşılmışdı. Hadisə ilə
bağlı Azərbaycanın Baş Prokurorluğunda “Azərbaycan Respublikasının dövlət
bayrağına və ya gerbinə qarşı təhqiramiz hərəkətlər” və “Milli, irqi, sosial və
ya dini nifrət və düşmənliyin salınmasını təşkil etmək” maddələri ilə cinayət
işi açılmışdı.
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-tədqiqatçı İlqar
Altay isə “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan bayrağını təhqir edən 3
erməninin “Laçın”, sərhəd-buraxılış məntəqəsi keçidində saxlanılıb məsuliyyətə
cəlb edilməsi qanundan başqa, siyasi və ictimai baxımdan vacib şərtdir:
“Bu hətta
yüngül inzibati cəza da olsa, Qarabağ ermənilərinin şüurunda, onların Azərbaycanda,
bu ölkə ərazisində yaşamaları və bu ölkənin də davranış qanunlarına riayətini və
ictimai yaşam tərzi reallığını otuzdurur. Bu cür tədbirlər ilə də bu bir-neçə
on minlik əhali çox çəkmədən real həqiqəti anlayıb, separatizm hisslərindən
ayılıb iki yoldan birisini seçəcəklər. Ya bütün, normal Azərbaycan vətəndaşları
kimi ölkə qanunlarına uyğun yaşamaq, ya da ki bu ölkəni tərk etmək. Dünyadakı
bütün ölkələrdə yaşam tərzi belədir”.