Şarl Mişel elə Azərbaycan tərəfinin irəli sürdüyü şərtləri səsləndirib  -ŞƏRH

Avropa İttifaqı Şurası və  digər Aİ təsisatları rəhbərləri də  bunu qəbul  edib

“Aİ Şurasının Prezidenti Şarl Mişelin dediklərində bizim üçün yeni bir şey yoxdur. O elə Azərbaycan tərəfinin irəli sürdüyü şərtləri səsləndirib”.
 Bu sözləri “Sherg.az”a açıqlamasında politoloq Yeganə Hacıyeva  deyib. 
Xanım politoloq hesab edir ki, Şarl Mişel Ermənistan və Azərbaycan danışıqlarında Brüssel formatının çərçivəsində təşviqçisi və bir sıra irəliləyişlərin əldə oluması üçün ciddi səy göstərmiş biridir: “Üçtərəfli razılaşmanın imzalanmasından sonra tərəflər arasında baş tutan görüşlərdə əldə olunan iki ciddi razılaşmada Aİ prezidentinin səylərini qeyd etmək lazımdır.


Avropa İttifaqı Brüssel formatında baş tutan görüşlərdə , Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. 

Daha sonra isə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilən sammitdə  Ermənistan Azərbaycanın 86,6 min kvadrat kilometr, Azərbaycan isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazisini tanıyıb. 

Konkret məsələyə gəldikdə isə Azərbaycan humanitar məqsədlər üçün Qarabağdakı ermənilərinin Laçın yolunun istifadəsinə qarşı çıxmayıb. 

Yolun şəffaflıq və təhlükəsizlikyin təminatı üçün Laçın yolunda sərhəd Buraxılış məntəqəsi qurub, yüklərin daşınmasında optimallığın təmin olunması üşün isə Ağdam- Xankəndi yolunun açılmasını şərt olaraq təklif edib. 

Başda Şarl Mişel olmaqla Avropa İttifaqı Şurası və  digər Aİ təsisatları rəhbərləri də  bunu qəbul  edib. 

Lakin Fransa uzun müddətdir Avropa Birliyinin bu istiqamətdəki mövqeyini parçalamaq üçün ciddi addımlar  atır. 

Buna ilk gündən can atan Fansa hətta Azərbaycanla Ermənistan arasındakı danışıqların Brüssel formatında yox, Fransanın moderatorluğu ilə keçirilməsi görüntüsü verməyə çalışırdı. 
Xatırladım ki, 2021-ci il noyabr ayında hərbi təxribatdan sonra Aİ məsələyə cəlb olunanda ilk təmas məhz online Fransanın moderatorluğunda baş tutdu 

Azərbaycan buna razı olmadı və format çərçivəsində ilk görüş məhz  2022-ci ilin aprel ayında Brüsseldə baş tutdu.

2022 ci ilin sentyabr ayındakı gərginlikdən sonra  Praqada təşkil olunan görüşdə isə bölgəyə müşahidəçi missiyasının göndərilməsi  məsələsi müzakirə olunanda Fransa canfəşanlıq edərək  fransız polislərin Azərbaycanla- Ermənistan arasındakı sərhədə  Aİ müşahidəçi qismində göndərilməsinə nail oldu və biz mütamadi olaraq təxribatlarına şahid oluruq”. 

Y. Hacıyevanın sözlərinə görə, ümumiyyətlə  son 3 ildə Fransa erməni yalanlarını dünya ictimaiyyətində  qabartmaqla  Avropa Birliyinin  Cənubi Qafqazdakı maraqlarını öz maraqları naminə zədələyib. Əslində Fransanın bu mövqeyi bizim  üçün təəccüblü deyil. 30 il müddətində ATƏT-in Minsk qrupunda təmsil olunan Fransa erməni maraqlarının müdafiəsindən çıxış edib: 
“Bu günlərdə Fransanın  təşəbbüsü ilə Madriddə Avropa Birliyi Xarici işlər nazirlərinin qeyri- rəsmi görüşündə Laçın yolu ilə bağlı hər hansı bir sənədin  qəbul  olunması təşəbbüsləri mövcuddur. 
Həmin görüşdə AB Şurasının prezidentinə təzyiq  formatında məktub nəzərdə tutulur.  Onlar Aİ prezidentini Laçın yolu ətrafında yaşanan gərginliyə daha  “faydalı”  mövqe nümayiş etdirməyə çağırıblar . Bu təşəbbüslər Fransanın Xarici işlər nazirindən gəlsə də, Almaniya XİN başçısının da bu təklifi dəstəkləməsi  təəssüfləndiricidir. 

Bütün bunlar isə Fransa prezidenti  Emmanuel Makronun özünü  Avropa Birliyində nüfuzlu siyasətçi kimi göstərmək istəyindən qaynaqlanır. 

Amma Makron unudur ki,   Fransa  Avropa İttifaqının təhlükəsizlik və güc strukturlarında yox,  çirkli maliyyə İnstitutlarının nümayəndəsi kimi çıxış edir". 
Sözügedən məsələdə Şarl Mişelin Fransaya təsir imkanlarına gəldikdə isə Y. Hacıyeva  deyib ki, Aİ- də təmsil  olunan 27 müstəqil ölkədən hər hansı birinin  Birliyin   maraqlarının əleyhinə verdiyi  qərarlar daha öncə  Böyük Britaniyanın AB-dən çıxmasına səbəb olmuşdu. Fransa da Aİ-dən  bundan  şantaj vasitəsi kimi istifadə edir. Halbuki Fransa   dövlətdən daha çox dünyanın maddi- mənəvi resursları uğurunda mübarizə aparan bir neçə ailənin  idarə etdiyi bir müstəmləkəçi bir biznes təşkilatıdır. 21—ci əsrdə  Fransanın Afrikada  törətdiyi cinayətlər də göz önündədir.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin irəliləməsi işi ilə intensiv məşğul olmağa davam edir. Bu barədə Avropa İttifaqı Şurası Prezidentinin mətbuat katibinin yaydığı bəyanatda bildirilib.
 Bəyanatda  deyilib ki, Şarl Mişel Laçın dəhlizinin tam fəaliyyəti və Ağdam yolunun açılmasında ardıcıllığı əks etdirəcək addım-addım yanaşma təklif edib:
“Bu addımların ardıcıllığı və bu yollar vasitəsilə çatdırılacaq yükün növü, eləcə də müşayiətedici prosedurlar son müzakirələrin əsasını təşkil edib.
Aİ keçmiş razılaşmalara və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına uyğun olaraq Laçın dəhlizinin açılmasına qətiyyətlə inanır və qeyd edir ki, Ağdam yolundan istifadə də təcili və gündəlik əsas ehtiyaclarla bağlı təchizatın təmin edilməsi üçün konkret və davamlı həllin bir hissəsi ola bilər. Bu elementlər üzrə müzakirələr liderlərin 15 iyul 2023-cü ildə Brüsseldə keçirilən son görüşündən sonra başlayıb”.