Sərt qışa hazır olun!

Tarix verildi

  Qızmar yayın ardınca soyuq payız, şaxtalı qışın gələcəyi ehtimal edilirdi. Türkiyənin Afyon Kocatəpə Universitetinin Fənn Ədəbiyyat Fakültəsinin coğrafiya bölümünün müəllimi, iqlim problemləri üzrə mütəxəssis doktor Okan Bozyurt hansı günlərdə kəsici soyuqlar olacağını anladıb. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, mütəxəssis Sakit Okeanda cərəyan edən El-Nino hava axınının bölgəni təsiri altında saxlayacağını söyləyib. Bildirib ki, dünyada baş verən iqlim dəyişiklikləri, qlobal istiləşmə Türkiyədən də yan keçmir. Qlobal istiləşməyə “El-Nino” okean axınının səbəb olduğunu deyən tədqiqatçı qeyd edib ki, bu axın səbəbindən payızda hava şəraiti dəyişkıən olacaq. Oktyabrın ortalarınadək hava quraq keçəcək. Oktyabrın ikinci və üçüncü ongünlüklərində isə iqlim şəraitinin kəskin soyuyacağı, hətta oktaybrın 20-dən sonra iç Anadolu bölgələrində qar yağacağı da proqnozlaşdırılır. “Ola bilsin, Cümhuriyyət bayramında qar görək”. O.Bozyurt bildirib ki, El-Nino Sakit Okean sularının normadan artıq dərəcədə isinməsidir ki, havanın temperaturunun yüksəlməsinə səbəb olur, bu hava axını xüsusən də sahil bölgələrini təsiri altına alır. Professor bildirib ki, El-Ninonun təsiri əvvəlcə Sakit Okean əhatəsindəki ölkələrdə - Yaponiya, Çin, Tayvan və Avstraliyada, sonra ABŞ-də, ardınca isə Atlantik okeanın qərbində və şərqində hiss olunur, daha sonra bütün dünyaya yayılır. Bu, 3-4 ay çəkir. El-Nino özünü Türkiyədə də göstərir artıq. May ayından istilər başladı və oktyabradək davam etdi. Adətən, avqust ayının sonuncu ongünlüyündən havalar sərinləməyə başlayır, sentyabr ayı isə sərin keçir. Amma bu il belə olmadı. Sentyabrda da istilər davam etdi. Temperaturlar 25-26 dərəcənin üstündə oldu. Professor getdikcə istilik rekordlarının artdığını da deyib. İlin yarısı demək olar ki, isti günlərlə müşayiət olunur. 2024-cü ilin az qala hər günü iqlim normaları aşılacaq. Noyabr ayından etibarən isə havaların çox soyuyacağı, qışın sərt keçəcəyi gözlənilir.