Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin-İsrail gərginliyinin həllinə müdaxilə etmək niyyətindədir, Ankara vasitəçilik mövqeyini itirmək istəmir.
Bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Məlumata görə, Türkiyə müharibənin dərinləşməməsi və yayılmasının qarşısını almaq məqsədilə səy göstərməyə çalşır:
“Ankara region ölkələrinin köməyi ilə atəşkəsə nail olmaq məqsədilə tərəflər üçün məqbul model üzərində işləyir”.
Məlumatı “Sherg.az”a təhlil edən Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay vurğrulayıb ki, Baş nazir Netanyahunun Türkiyəyə səfəri və Şərqi Aralıq dənizindəki enerji ehtiyatlarının Türkiyə üzərindən Avropaya nəqli ilə bağlı razılaşma həyata keçdiyi zaman İran və Rusiyanın rəhbərliyi altında HƏMAS ın İsrail müxalifətinin təşkil etdiyi sülh konsertinə böyük terror hücumu həyata keçirməsi Ankaranın məsələyə baxışını çox əhəmiyyətli etdi:
“Bundan əlavə, oktyabrın 1-də Daxili İşlər Nazirliyində törədilən terror aktına cavab olaraq Türkiyənin Suriyada keçirdiyi əməliyyat HƏMAS-ın həyata keçirdiyi terror aktı ilə müqayisə olunduğuna görə, Türkiyə bu prosesdə susmalı olub. İran və Rusiya isə dəstəklədiyi enerji dəhlizinin dəyişməsini istəmədikləri üçün bu hücumun arxasında durdular. Həmçinin Türkiyə bir tərəfdən Fələstin məsələsində İranla yarışarkən digər tərəfdən də İsrail-Türkiyə münasibətlərindəki inkişafı nəzərə almalıdır. Bu mənada qaçılmaz olaraq daha həssas davranmağa məcburdur".
H.Oktay əlavə edib ki, Türkiyə İran və Rusiyanın HƏMAS-a təsirini qırdıqdan sonra bölgəyə sülh gətirmək üçün səy göstərəcək:
“Ancaq HƏMAS-ın bu intensiv hücumu qarşısında İsrailin gözyaşardıcı qaz bombası atmasının qarşısını almaq mümkün görünmür. Bu, ən azı bir neçə gün belə davam edəcək. Sonra isə İsrail qisas almaq üçün Suriyaya və hətta İrana belə hücum edə bilər. Türkiyə əməliyyatın Suriya və İran üzərində yayılmasının qarşısını almaq üçün əlindən gələni edəcək. Lakin HƏMAS sünni təşkilatı olsa da, İranın nəzarətində olan bir qurupa çevrilib və Tehranın bölgədəki qəyyumluq müharibələrində mühüm alət rolu oynayıb. Türkiyə də bu həqiqəti gördüyü üçün Fələstin məsələsini və HƏMAS-ın vəziyyətini çox həssas şəkildə araşdıracaq və ona uyğun həll yolu tapacaq”.
Qeyd edək ki, 7 oktyabrda HƏMAS və “İslami-Cihad”ın İsrailə hücumu ilə İsrail-Fələstin müharibəsi başlayıb.